2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan kursantları arasında yarış keçirilir

Noyabrın 6-da Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında beynəlxalq idman yarışlarına start verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Yarışların açılış mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər üç ölkənin Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər şəxsi heyətin fiziki hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantlarının iştirakı ilə keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb, komandalara uğurlar arzulayıblar.

Bildirilib ki, futbol, voleybol, üzgüçülük və yüngül atletika üzrə keçirilən yarışlarda ümumilikdə 80 hərbi qulluqçu iştirak edir.

İlkin mərhələdə “Azərbaycan” və “Türkiyə” komandaları arasında futbol və voleybol üzrə yarışlar keçirilib.

Qeyd edək ki, noyabrın 10-dək davam edəcək beynəlxalq yarışların yekununda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılacaqlar.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button