2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda Fransız Liseyini bağlamaq qərarına gəliblər

Bakı Fransız Liseyi öz fəaliyyətini dayandırır. Təhsil müəssisəsində bu məlumatı Turan agentliyinə təsdiqləyiblər.

Belə qərarın kim tərəfindən qəbul edilməsi barədə sualın cavabında “təsisçilər” deyiblər, lakin onların kimliyini açıqlamayıblar. Çox güman ki, bağlanmanın səbəbi Azərbaycan-Fransa münasibətlərinin gərginləşməsidir.

Xatırladaq ki, lisey 2013-cü ildə şəhərin ən bahalı “Ağ şəhər” məhəlləsində böyük təntənə ilə açılmışdı. Onun yaradılması barədə qərar iki ölkənin rəhbərləri səviyyəsində qəbul edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Liseyin İdarəetmə Komitəsinə Heydər Əliyev Fondu, SOCAR, Fransa səfirliyi, Azərbaycan Elm və Təhsil Nazirliyi daxildir.

Lisey şagirdlərinin durumunun necə olacağı hələlik məlum deyil.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button