2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda şirkət vətəndaşın obyektini dağıtdı, əşyaların bir qismi oğurlandı

“AyBir”adlı  tikinti şirkəti Bakının Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi ev 18, mənzil 2 A ünvanında yerləşən iki obyekti gecə saatlarında uçurub. Hadisə ötən ilin dekabrın 30-da baş verib. Obyekt sahibləri  məsələdən xəbər tutana qədər tikililər yerlə-yeksan edilib.

Mülk sahiblərindən biri- Tatyana Məmmədova bildirib ki, kirayə yaşadıqları üçün ona və gəlininə məxsus cehizlər, bahalı məişət avadanlıqları, xalçalar və digər qiymətli əşyalar həmin obyektdə saxlanılırdı. Söküntü xəbərini eşidən kimi əraziyə getsə də, dəyərli əşyalarını  dağıntılar altından tapa bilməyib, mebel və məişət avadanlıqların bir qismi isə söküntü zamanı yararsız hala düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Şəhər İcra Hakimiyyətinin 27 aprel 2005-ci il tarixli, 107 saylı sərəncamı ilə həmin ərazi də daxil olmaqla Nərimanov rayonu, Təbriz küçəsi, 794 saylı məhəllədə 78 hektar torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında “Aybir” MTK-nın istifadəsinə verilib.

T.Məmmədova deyir ki, şirkət  təxminən 2013-cü ildən ərazidəki evləri mərhələlərlə köçürüb.

“Məsələ ondadır ki, həmin ünvan əvvəllər yaşadığımız ev olub, sonra qanuni yolla obyektə çevirmişik. Belə ki, 1983-cü ildən həmin evdə qeydiyyatdayıq.  1995-ci ildə kirayəyə köçərək ümumi sahəsi 151 kvadratmetr olan evi obyekt kimi icarəyə vermişik”, – şikayətçi bildirir.  Əlavə edir ki, onların mülkü şəhərin mərkəzi küçələrindən birində, üstəlik yol kənarında yerləşib və uzun illər ailənin yeganə gəlir mənbəyi olub.

T.Məmmədovanın sözlərinə görə, şirkət 2019-cu ildə onlara qarşı məhkəmədə iddia qaldırıb, həmin obyektin kommersiya təyinatlı daşınmaz əmlak kimi yox, adi mənzil sahəsi kimi tanınmasını istəyib. Birinci instansiya məhkəməsi şirkətin iddiasını təmin etsə də, Bakı Apellyasiya Məhkəməsi onların xeyrinə qərar çıxarıb: “Mülkün sahibi oğlum və qızımdır, bu müddət ərzində bir dəfə də olsa, şirkət onlarla, mənimlə  görüşməyib. Evlər söküləndən sonra işıq, qaz xətti kəsildi, dəfələrlə müraciət etsək də, bərpa edilmədi  4 ilə yaxın obyekti işlədə bilmədik. Qızımın himayəsində azyaşlı övladları var. Oğlum da ailəsi ilə birgə kirayədə yaşayır. Yəni onsuz da çətinliklə yaradaraq obyektin işləməsinə maneçilik törətmişdilər”.

MTK ötən ilin oktyabrında bu dəfə obyektin qiymətləndirilməsi tələbi ilə onlara və sökülən digər mülkün sahibi Rafael Abbasova qarşı məhkəmədə iddia qaldırıb. Tatyana Məmmədova qeyd edib ki, dekabrın 17-də onların xəbəri olmadan obyekt qiymətləndirilib: “Başqa bir mənzilin şəklini göstərərək obyektimizi qiymətləndiriblər. Biz şirkətin məhkəməyə müraciət etməsindən xəbər tutduq, vəkillə danışırdıq ki, iclaslara qatılaq. Bir də öyrəndik ki,  qiymətləndirmə olub və şirkət dərhal iddiasını geri götürüb”.

Şikayətçi deyib ki, obyekti sökülən gecə şirkətin ustaları göstərişin rəhbərlik tərəfindən verildiyini söyləyiblər. Onlar obyektin xəbərdarlıq etmədən, qanunsuz sökülməsi və əşyaların müəyyən hissəsinin oğurlanması şikayəti ilə Nərimanov rayonu 18-ci polis bölməsinə müraciət ediblər. Polisə şikayətdən sonra isə ustalardan biri bildirib ki, digər evi sökərkən buldozer təsadüfən bu obyekti də dağıdıb. Halbuki bütün otaqlar yerlə-yeksan edilib.

“Obyektin bir pəncərəsinin qiyməti 1500 manatdan baha idi. İçəridə ağacdan hazırlanan 3 qapı vardı, hansı ki, həmin gecə yoxa çıxdı. Fikirləşirdik ki, ev alandan sonra qapı-pəncərəyə, mebelə, avadanlıqlara ehtiyacımız qalmayacaq, qızım və oğlu daxil olmaqla 3 ailənin əşyası hazır idi. İndi kirayədə işlədiyimiz qabdan, geydiyimiz paltardan başqa heç nəyimiz qalmayıb”, – Tatyana Məmmədova deyir.

Şikayətçi hesab edir ki, onları çarəsiz vəziyyətə salmaq üçün obyekt qəsdən dağıdılıb.

Mülk sahiblərinin şikayətinə Nərimanov rayon Polis İdarəsində baxılır. Şikayətçilər tək zərərin ödənilməsini deyil, yoxa çıxmış əşyalarının tapılmasınıda  tələb edirlər.

“AyBir” MTK-nın özünü baş mühasib kimi təqdim edən, adını söyləmək istəməyən əməkdaşı isə bildirib ki, sökülən ev və ya obyektlərlə şirkətin hüquqşünası məşğul olur. Onun dediyinə görə, şirkət indiyədək heç kimi çöldə qoymayıb. Obyekt sökülübsə, əvəzində ya pul, ya mənzil veriləcək.

Bəs kommersiya əhəmiyyətli  daşınmaz əmlak, indiki halda obyekt sökülübsə əvəzində nə veriləcək, şirkətdən buna cavab vermək istəməyiblər. (virtualaz)

24 saat” “Bakıda şirkət vətəndaşın obyektini dağıtdı, əşyaların bir qismi oğurlandı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button