2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Balkanlarda şiddətli fırtına: Ölənlər var…

2023-07-21 17:26:42

Dünyada temperatur rekordları qırılarkən, Balkanlar güclü yağış və fırtınalarla mübarizə aparır. Xorvatiyada ağacların avtomobillərin üzərinə aşması nəticəsində 3 nəfər yaralanıb, fırtınanın vurduğu ziyanla mübarizə aparan yanğınsöndürən ölüb. Ölkədə 200-dən çox insan yaralanıb.

Xorvatiya Mülki Müdafiə Birliyi ən çox zərərin paytaxt Zaqrebdə aşkar edildiyini açıqlayıb və xalqı yeni tufanlara qarşı xəbərdar edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bosniya və Herseqovinada baş verən şiddətli fırtına nəticəsində Brcko şəhərində bir nəfər ölüb, 20-dən çox adam yaralanıb. Fırtına səbəbindən Banja Luka hava limanının damının uçduğu və hava limanının nəqliyyata bağlandığı bildirilib. Sloveniyanın Bled şəhərində fırtına nəticəsində 1 nəfərin öldüyü açıqlanıb.

Fırtına nəticəsində yaralananlara tibbi yardım göstərilib. Serbiyanın paytaxtı Belqradda güclü yağış və fırtına kranı yıxarkən, paytaxtdakı Nikola Tesla hava limanı qısa müddətə nəqliyyata bağlanıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button