2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Bank Standard” müştərisinin 50 min manat pulunu vermir

“Bank Standard”ın kreditoru olan Fariz Xəlilov bankdan pullarını geri ala bilmədiyi üçün İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Şikayətçi məsələ ilə bağlı Fins.az-a danışıb.

O bildirib ki, onkoloji xəstə olduğu üçün 2011-ci ildə evini satıb 50 min manata yaxın pul vəsaitini uşaqlarının gələcəyinin sığortası olaraq “Bank Standard”a depozit olaraq yerləşdirib. Banklarda yaranan vəziyyətlə əlaqədar olaraq 2016-ci ilin əvvəllərində banka qoyduğu əmanəti sığortalamaq istəyib. Lakin bank bundan imtina edərək müştərini heç bir problemin olmadığına inandırıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Daha sonra Rüfət Aslanlı da mətbuatda çıxış edərək bu bankda hər şeyin qaydasında olduğunu bildirdi. Ancaq az sonra bankın fəaliyyətini dayandırdı”.

6 aydır ki, Əmanətlərin Sığortalanması Fondunun (ADİF) ləğvetmə işləri ilə məşğul olduğunud eyən F.Xəlilov deyib ki, yalnız kreditorların təzyiqi ilə Fond apreldə rəqəmləri elan edib. ADİF bankda baş verənləri araşdırmaq imkanına malik deyil:

“İşi aparmaq üçün müstəqil auditor şirkətlərini dəvət etmişik. Nəzərə alın ki, bu xərclər də bizim hesabımıza çəkilib. Biz onlara öz xidmətlərimizi TƏMƏNNASIZ təklif edirik, bizim hüquqşünasımız onlara kömək etməyə hazırdır, lakin onlar lazımlı sənədləri yığmaq üçün 3 həftə vaxt xahiş etdilər. 2 həftədən çox vaxtın keçməsinə baxmayaraq bizə heç bir sənəd təqdim edilməyib! Bundan sonra kim əmanətçiləri inandıra bilər ki, orada hər şey düz və şəffafdır?”

Şikayətçi bildirib ki, kreditorlara borcların qaytarılmasında laqeydlik, nədənsə banka borcu olan vətəndaşlara münasibətdə özünü göstərmir: “Son zamanlar biz bir neçə dəfə xəbərlərdə oxuyuruq ki, kimlərsə, banka sadəcə 500 və ya 1000 manat borcu olduğuna görə özünü asdı və ya qatarın altına atdı və banklar, həmin o dedikləri bank sirrini pozaraq onların işlərini kollektorlara ötürürlər ki, onlar da borcluların valideynlərinə, iş yerlərinə və s. zəng edərək borcu qaytarmağı təkidlə tələb edirlər. Siz eşitmisiniz ki, kimsə, yüz minlərlə və ya milyonlarla borcu olduğuna görə özünə qəsd etsin? Mən də eşitməmişəm, çünki belə borclular öz toxunulmazlığına əmindirlər və nədənsə heç kim eşitməyib ki, kollektorlar onları təqib etsin”.

Bankın kreditoru məslə ilə bağlı İlham Əliyevə müraciət edib:

“Bütün bu sadalananları nəzərinizə çatdırmaqda məqsədimiz, Sizin bizə öz halal pullarımızı dələduzlardan alaraq qaytarmağımıza kömək etməyinizdir. Çünki, bizim Sizdən başqa heç bir ümidimiz qalmayıb”

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button