2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Barselona hücumu: Terrorçu dəstənin 120 qaz kanistri olub

İspaniyada bu həftə iki hücum həyata keçirmiş, 12 nəfərdən ibarət terrorçu dəstənin 120 qaz kanistri olub.

Dəstə, hazırladığı avtomobil hücumlarında həmin qaz kanistrlərindən istifadə etməyi planlaşdırırdı, İspaniya polisi bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Qaz kanistrləri çərşənbə gününün gecəsi Alcanar şəhərində, partlayış baş vermiş evdə aşkar edilib.

Deyildiyinə görə, bu evdən sözügedən dəstə tərəfindən istifadə edilib.

Barselonanın Las Ramblas turist ərazisində 13 nəfəri vurub öldürən furqonun sürücüsü polis tərəfindən hələ də axtarışdadır.

14-cü adam Cambrils şəhərində baş vermiş ikinci hücum zamanı ölüb.

Bazar günü Barselona şəhərində hücum qurbanlarının xatirəsi anılıb.

İspaniya kralı Felipe və kraliça Letizia, Barselonanın məşhur Sagrada Familia (Müqəddəs Ailə) kilsəsində cümə axşamı günü baş vermiş hücumda ölənlərin xatirəsini yad etmək məqsədilə keçirilən mərasimdə iştirak ediblər.

Anım mərasiminə qatılanlar arasında eləcə də Baş nazir Mariano Rajoy da olub.

İspaniya nazirlərinin bildirdiyinə görə, hücumlarla əlaqəli olan cihadçı dəstə ləğv edilib.

Amma polis hələ də furqon sürücüsü və Ripoll şəhərindən yoxa çıxmış bir imamın axtarışını davam etdirir.

İspan mətbuatında dərc edilmiş bəzi xəbərlərə görə, cihadçı dəstənin məqsədi Sagrada Familia kilsəsini partlatmaq olub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button