2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bayden Konqresdən Ukrayna üçün 33 milyard dollar istədi

Bundan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Qərbi Ukraynadakı vəziyyətə qarışarsa, “ildırımsürətli zərbələrlə” hədələmişdi
Prezident Co Bayden aprelin 28-də Rusiyanın təcavüzünə məruz qalmış Ukraynaya dəstək məqsədilə 33 milyard dollar ayrılması üçün Konqresə müraciət edib.
Reuters agentliyi yazır ki, bu, ABŞ-ın Ukraynaya yardımında dramatik artım ola bilər.
Bundan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Qərbi Ukraynadakı vəziyyətə qarışarsa, “ildırımsürətli zərbələrlə” hədələmişdi.
ABŞ prezidenti həm də Rusiya oliqarxlarının sanksiyalardan yayınmaq üçün istifadə etdikləri bütün kanalları bağlamalı olan yeni qanun layihəsini elan edib.
Bu da xəbər verilir ki, sözü gedən 33 milyard dolların 20 milyard dolları Ukraynaya silah, sursat və başqa hərbi yardımın göstərilməsi üçün nəzərdə tutulur.
8.5 milyard dollar Ukraynaya birbaşa iqtisadi dəstəyə, 3 milyardı isə Ukraynanın humanitar və ərzaq təhlükəsizliyinə xərclənməlidir.
Aprelin 28-də Ağ Evdə çıxış edən Bayden deyib:
“Bizə bu qanun Ukraynaya onun azadlıq uğrunda döyüşündə dəstək vermək üçün lazımdır. Bu döyüşün qiyməti ucuz deyil, amma təcavüzdən qorxub çəkinmək daha bahalı olardı”.

Rusiyanın vurduğu ziyanı onun özünə ödətmək
Bayden habelə Ukraynaya bu müharibədə maliyyə dəstəyinin göstərilməsi üçün Rusiya oliqarxlarına aid pulların müsadirəsini istəyir.
Onun Konqresə verdiyi təklif qəbul olunarsa, administrasiyaya bu sahədə yeni səlahiyyətlər veriləcək. Hökumət bu səlahiyyətlərdən istifadə etməklə oliqarxların aktivlərini müsadirə edə və əldə olunan vəsait Ukraynaya verilə bilər.
Ağ Evin təklifində habelə Rusiyaya qarşı sanksiyalardan yayınmanın cinayət əməli hesab olunması nəzərdə tutulur.
Tədbirlərə həmçinin mafiyaya qarşı qəbul olunmuş Reketçi və Korrupsiyalı Təşkilatlar Qanunundan (Racketeer Influenced and Corrupt Organizations (RICO) Act ) ABŞ Ədliyyə Naziriliyinin sanksiyalardan yayınanlara qarşı istifadə etməsinə icazə verilməsi daxildir.
Bayden habelə prokurorlara belə cinayət işlərinin araşdırılması üçün verilən müddətin 5 ildən 10 ilədək uzadılmasını təklif edir.
Bu isə o deməkdir çirkli pulların yuyulması və korrupsiya kimi ittihamlar daha uzun müddətdə qüvvədə olacaq.
Oliqarxların dondurulmuş aktivlərini müsadirə etmək
Bayden habelə Rusiya ilə korrupsiyalı biznesdən pul qazanmağın cinayət əməli edilməsini istəyir.
Reuters yazır ki, bütün bu tədbirlərdən məqsəd Ukraynaya səbəbsiz və əsassız təcavüz etmiş Rusiyanın cəzalandırılmasıdır.
Bu da xəbər verilir ki, Ukrayna üçün istənən məbləğ bununla bağlı xərcləri sentyabradək ödəyə bilməlidir.

24 saat” “
Bayden Konqresdən Ukrayna üçün 33 milyard dollar istədi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button