Siyasət

Bayden: Ukraynaya yardım azadlığın müdafiəsinə investisiyadır

Prezident deyib: “Əgər siz diktatorların cavabını verməsiniz, tarix göstərir ki, onlar gəlməkdə davam edirlər…və onların iştahı artmaqda davam edir”
“Birləşmiş Ştatların və onun müttəfiqlərinin Ukraynaya hərbi dəstəyi bu müdaxiləni Rusiyanın “strateji uğursuzluğuna” çevirməkdir”.
Bunu mayın 3-də Alabama ştatında Javelin antitank raketlərini və başqa silahları istehsal edən Lockheed Martin zavodunda çıxış edən ABŞ prezidenti Co Bayden deyib:
“Onların (ukraynalıların-red) döyüşü davam etdirməsinin və bu müharibəni Rusiyanın strateji uğursuzluğuna çevirə bilməsinin böyük səbəbi Birləşmiş Ştatların, bizim müttəfiqlərimizlə birlikdə onların arxasında dayanmasıdır”.
Bayden deyib ki, Ukraynaya hərbi yardım demokratiyaya birbaşa investisiyadır:
“İki ay bundan əvvəl Rusiya Ukraynaya müdaxilə edəndən bəri biz Ukraynaya 3 milyard dollarlıqdan çox təhlükəsizlik köməyi göstərmişik. Mən təkcə özümüzü deyirəm, hələ müttəfiqlərimizi demirəm”.
ABŞ prezidentinin sözlərinə görə Ukraynaya yardımlar demokratiyanın müdafiəsi üçündür:
“Bu pul azadlıq və demokratiyanın özünün müdafiəsinə birbaşa investisiyadır, çünki əgər siz diktatorların cavabını verməsiniz, tarix göstərir ki, onlar gəlməkdə davam edirlər…və onların iştahı artmaqda davam edir”.
Bayden deyib ki, Ukrayna qüvvələri ABŞ-ın köməyi ilə bir çox hallarda Rusiya hərbçilərinin öhdəsindən ustalıqla gəlirlər.
ABŞ prezidenti mayın 3-də habelə Konqresi Ağ Evin Ukrayna üçün nəzərdə tutulmuş 33 milyard dollarlıq yardım paketinin “tezliklə” qəbul edilməsinə çağırıb.

24 saat” “
Bayden: Ukraynaya yardım azadlığın müdafiəsinə investisiyadır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ankara və Yerevan münasibətlərin tam normallaşmasına hazırdırlar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button