2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Berlin Almaniyanın ən təhlükəli şəhəri elan edilib

Berlin Almaniyanın ən təhlükəli şəhərlərinin reytinqinə başçılıq edir.
Bu barədə “Die Welt” nəşri xəbər verib.
Xəbərdə bildirilir ki, 2016-cı ildə paytaxtda hər 100 min sakinə 16161 cinayət qeydə alınıb. Rəsmi statistikanı bazar ertəsi Almaniyanın daxili işlər naziri Tomas de Mezyer təqdim edəcək.
Siyahıda cinayət hallarının sayına görə ikinci yerdə Leypsiq (hər 100 min sakinə 15811 qanun pozuntusu) qərarlaşıb. Üçüncü yerdə isə hər 100 min sakinə 15671 cinayət hadisəsinin düşdüyü Frankfurt Mayn dayanır. Qeyd edək ki, 2015-ci ilin yekunlarına görə ölkənin ən təhlükəli şəhəri məhz Frankfurt Mayn elan olunmuşdu.
Ölkənin ən təhlükəsiz şəhəri yenidən Münhen elan olunub. Bu şəhərdə cinayətlərin sayı Berlinlə müqayisədə 2 dəfə – hər 100 min sakinə cəmi 7909 qanun pozuntusu – azdır.
Almaniyanın ən təhlükəsiz şəhərləri siyahısında həmçinin Auqsburq, Oberhauzen və Visbadenin də adları var.

Report

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button