2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Beynəlxalq Güləş Federasiyası italyan idmançısının Bakıda ədalətsiz hakimliklə bağlı şikayətini yoxlayacaq

Birləşmiş Beynəlxalq Güləş Federasiyasına aprelin 7-də Bakıda keçirilən Avropa Təsnifat Turnirində 74 kq çəki dərəcəsində yarımfinalda Frank Çamizo (İtaliya) və Turan Bayramov (Azərbaycan) qarşılaşması ilə bağlı İtaliya Güləş Federasiyasından rəsmi şikayət daxil olub. Bu barədə Federasiyanın saytındakı məlumatda deyilir.

“Beynəlxalq Güləş Federasiyası daim güləşin bütövlüyünü izləyir. Artıq yarışın hakim nümayəndələrindən hesabat alınıb. Nütün hərəkətlər və hakim qərarları tam məsuliyyətlə və müvafiq sanksiyaları tətbiq etmək üçün diqqətlə yoxlanılacaq.

Bu döyüş ətrafında verilən bütün ifadələr və iştirak edənlərin düzgünlüyü də araşdırılacaq”, – deyə məlumatda qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, 74 kq çəki dərəcəsində mübarizə yarımfinal mərhələsindədir 8:8 hesabı ilə başa çatan förüşdə hakimlər  qələbəni Bayramova verdi və Paris Olimpiadasına lisenziya qazanıb.

Çamizo hakimləri, eləcə də Bayramova uduzmaq üçün ona 300 min dollar təklif edən Azərbaycan nümayəndələrini ittiham edib. Chamizo iddia edir ki, o, rüşvətdən imtina etdikdən sonra turnirin təşkilatçıları rüşvəti hakimlərə veriblər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button