Gündəm
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi Azərbaycan və Ermənistanın qarşılıqlı iddialarına baxacaq
![](https://www.az24saat.org/wp-content/uploads/2024/04/PLWM3tHIZTunJSKsfQAuMHCKx99bXfAJC5kiUeNJ-1600-900-fit.webp-780x470.webp)
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın pozulması ilə bağlı Ermənistan və Azərbaycanın qarşılıqlı iddiaları üzrə dinləmələr keçiriləcək.
Ermənistanın iddiasına aprelin 15-22- də, Azərbaycanın iddiasına isə aprelin 22-26-da baxılacaq, – Beynəlxalq Məhkəmənin saytında bildirilir.
2021-ci il sentyabrın 16-da Ermənistan Azərbaycana qarşı, 2023-cü il aprelin 21-də Azərbaycan Ermənistana qarşı iddia qaldırıb.