2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Blinken Cənubi Koreyada danışıb: Şimali Koreya və Rusiya bir-birinə hərbi dəstək verir

class=”mediyanet-inline-adv”>

ABŞ dövlət katibi Antoni Blinken Yaponiyada keçirilən G7 Xarici İşlər Nazirləri Toplantısından sonra Cənubi Koreyaya gedib. Nazir Blinken təmasları çərçivəsində paytaxt Seulda Cənubi Koreyalı həmkarı Park Jin ilə görüşüb. Görüşdən sonra təşkil edilən mətbuat konfransında danışan Blinken Şimali Koreya və Rusiyanın bir-birinə qarşılıqlı hərbi dəstək verdiyini bildirib.

Blinken, “Şimali Koreyanın Ukraynaya təcavüzünü davam etdirmək üçün Rusiyaya hərbi təchizat verdiyini, Rusiyanın isə Şimali Koreyaya hərbi proqramları üçün texnologiya və dəstək verdiyini görürük. Əsl narahatlıq budur” dedi. Blinken bildirib ki, Park ilə görüşündə Rusiyanın Şimali Koreyaya hərbi texnologiya dəstəyinin qarşısını almaq üçün çəkindirici tədbirlər də müzakirə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Ukraynaya təcavüzünə dəstək verən bütün ölkələrə, o cümlədən Şimali Koreyaya qarşı əməkdaşlığı davam etdirəcəklərini qeyd edən Blinken, Çinin Şimali Koreya ilə “unikal” münasibəti olduğunu ifadə edib. Pekini Şimali Koreyaya görə məsuliyyəti öz üzərinə götürməyə çağıran Blinken, “Çinin bu təsirdən istifadə edərək Şimali Koreyanı bu məsuliyyətsiz və təhlükəli davranışdan xilas etmək üçün konstruktiv rol oynamasını gözləyirik” dedi.

Cənubi Koreyanın xarici işlər naziri Park isə Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq və Şimal-Şərqi Asiyada gərginliyi artıran silah anlaşmalarının Çinin maraqlarına xidmət etməyəcəyini vurğulayıb. “Cənubi Koreya və ABŞ Çini bu təhlükəli hərəkətlərin qarşısını almaqda rol oynamağa təşviq etmək üçün səy göstərəcək” dedi Park. Park Yaxın Şərqdəki vəziyyəti yaxından izlədiklərini də əlavə edib.

Yaponiyada keçirilən G7 Xarici İşlər Nazirləri Zirvəsinə qatıldıqdan sonra dünən axşam saatlarında Cənubi Koreyaya gələn Blinken Park ilə görüşdən əvvəl Cənubi Koreya prezidenti Yoon Suk Yeola nəzakət səfəri edib. Blinken Cənubi Koreyanın milli təhlükəsizlik üzrə müşaviri Ço Tae Yonqla da görüşüb.

ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada Blinken və Çonun Şimali Koreyanın Koreya yarımadasındakı təxribatçı hərəkətlərini müzakirə etdiyi qeyd edilib. Bildirilib ki, Şimali Koreyanın Ukraynaya qarşı istifadə edilmək üçün Rusiyaya hərbi texnika və sursat tədarük etməsini “qətiyyətlə pisləyən” ikili Ukraynaya dəstəyi davam etdirməyə razılaşıblar. Blinkenin ABŞ-ın Cənubi Koreyanın müdafiəsinə sadiqliyini bir daha təkrarladığı vurğulanıb.

2023-11-09 16:05:45

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button