2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Blinken Gürcüstan liderlərini ölkəni "düzgün istiqamətdə" yönəltməyə çağırıb

Bazar günü ABŞ-ın baş diplomatı yenidən Gürcüstan liderlərini “Gürcüstanın düzgün istiqamətdə hərəkət etməsi üçün lazımi addımları atmağa” çağırıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Birləşmiş Ştatlar gürcü xalqının Avroatlantik gələcək səylərini qətiyyətlə dəstəkləməyə davam edəcək”, – dövlət katibi Entoni Blinken Gürcüstan Milli Günü münasibətilə bildirib.

“Münasibətlərimizin 32 ili ərzində Birləşmiş Ştatlar Gürcüstanın demokratik və firavan gələcəyinə sarsılmaz sadiqlik nümayiş etdirib, Gürcüstanın suverenliyinin və bütövlüyünün ən qətiyyətli tərəfdarlarından biri olub.

Saytların yığılması Saytlarin yigilmasi

Biz Gürcüstan iqtisadiyyatının, demokratiyanın və Rusiyanın təcavüzünü cilovlamaq qabiliyyətinin möhkəmləndirilməsi üzrə səyləri dəstəkləməkdən qürur duyuruq və Gürcüstanın gələcəyinə sadiqliyimizi təsdiqləyirik”,- Blinken deyib.

“Bu, Gürcüstan xalqı üçün mühüm on iki ay, o cümlədən Gürcüstanın Avropa İttifaqında namizəd statusu ilə bağlı tarixi nailiyyəti idi. Növbəti bir neçə ay bu fürsətin reallaşması üçün həlledici olacaq.

Bütün dünyada gürcülərin bayram kimi qeyd etdiyi bu gündə Birləşmiş Ştatların Gürcüstan vətəndaşlarının istədiyi və layiq olduğu təhlükəsiz, çiçəklənən Avropa demokratiyası quruculuğunda Gürcüstana kömək etməyə sadiq olduğunu təsdiq edirəm”, – Blinkenin bəyanatında qeyd olunur.

ABŞ dövlət katibinin müraciəti KİV azadlığına mane olan və Gürcüstanın Avropa İttifaqına daxil olmaq səylərinə xələl gətirən qanun səbəbindən Gürcüstan və Qərb müttəfiqləri arasında davam edən gərginlik fonunda səslənib.

“Xarici agentlər haqqında” qanun KİV və QHT-dən tələb edir ki, əgər  büdcələrinin 20 faizdən çoxunu xaricdən alırlarsa,  “xarici dövlətin maraqlarını ifadə edənlər” kimi qeydiyyatdan keçsinlər.

Keçən həftə Blinken bildirib ki, bu qanunun qəbulu “Gürcüstanda demokratiyanın pozulmasına məsuliyyət daşıyan və ya iştirak edən” gürcü məmurlara qarşı sanksiyalara səbəb olacaq.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button