Loading...
Loading...
Texnologiya

Bloomberg: 'Apple USB Type-C girişinə sahib iPhone modellərini artıq test etməyə başlayıb'

    Keçən həftə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple şirkəti gələn ilki iPhone modellərində Lightning girişini USB Type-C ilə əvəz edə bilər. İndi isə Bloomberg saytı bu məsələ ilə bağlı yeni məlumat verib. Belə ki, Bloomberg-in verdiyi məlumata sasən Apple artıq USB Type-C girişinə sahib iPhone modellərini test etməyə başlayıb. Güman olunur ki, Apple şirkətinin iPhone modellərində Lightning girişindən USB Type-C-yə keçid etmə planının səbəbi Avropa Birliyi tərəfindən qəbul edilməsi gözlənilən yeni qanun layihəsidir. Qeyd etmək lazımdır ki, Avropa Birliyinin təklif etmiş olduğu yeni qanun layihəsinə əsasən Avropa Birliyi ölkələrində satılacaq əksər elektron cihazlar vahid şarj girişi standartına sahib olmalıdırlar. Söhbət, məhz USB Type-C standartından gedir.

    Bu isə öz növbəsində bir şarj cihazından uzun müddət ərzində bir neçə smartfon modelində istifadəni təmin edəcək. Nəticədə ətraf mühitin elektron tullantılar vasitəsilə çirklənmə səviyyəsinin aşağı düşməsi gözlənilir. Bununla belə Apple şirkəti Lightning girişli aksesuarlara sahib istifadəçilərin yaxın gələcəkdə USB Type-C girişinə qoşulma prosesləri üzrə ehtiyaclarını başa düşür və buna görə də müvafiq keçid aksesuarı üzərində çalışır. Məlumata əsasən bu ilki iPhone modelləri özlərində Lightning girişini qoruyub saxlayacaqlar. Bununla belə 2023-cü ildə iPhone modellərinin USB Type-C girişinə sahib olacaqları da dəqiq deyil.

    Belə ki, 2023-cü il təqribi zaman kimi qeyd edilib. Qeyd etmək lazımdır ki, iPad Mac modelləri artıq USB Type-C-yə keçid ediblər. Buna görə də iPhone-lar Apple şirkətinin böyük cihazları arasında Lightning girişinə sahib yeganə məhsullardır. Məlumata əsasən Apple öz növbəsində heç bir girişə sahib olmayan iPhone modelini hazırlamağa cəhd göstərib. Bu halda şarj prosesi və məlumatların ötürülməsi naqilsiz texnologiya vasitəsilə yerinə yetirilməli idi. Lakin məlumatda qeyd edilib ki, bu cür iPhone modelinin testi zamanı şarj və məlumatların ötürülmə sürətlərinin aşağı düşməsi səbəbilə Apple bu cür plandan imtina etməli olub.

24 saat” “Bloomberg: 'Apple USB Type-C girişinə sahib iPhone modellərini artıq test etməyə başlayıb'” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Balığını gəzdirmək üçün araba düzəltdi -VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button