Loading...
Loading...
Texnologiya

Bluetooth üzrindən insanı izləməyin yeni üsulu aşkar edilib

    Kaliforniya Universitetinin alimləri Bluetooth Low Energy (BLE) interfeysinin unikal siqnalları vasitəsilə insanın yerdəyişməsini izləmək üsulunu aşkar ediblər. Bu unikal siqnallar hətta smartfonun Bluetooth vasitəsilə aktiv qoşulmaya sahib olmadığı zamanlarda da generasiya edilir. BLE çipin istehsalçısından və və modelindən asılı olmayaraq onun quraşdırılmış olduğu smartfonda generasiya edilən siqnalların detallı analizi vasitəsilə hər bir çip üçün unikal olan rəqəmsal izi təyin etmək mümkündür. Kaliforniya Universitetinin alimləri qeyd ediblər ki, smartfon üzərindən generasiya edilən bu cür BLE izin olduğu halda smartfon sahibinin qeyd edilmiş nöqtədə olub-olmadığını təyin etmək mümkündür.

    Bunun üçün hətta hansısa qəliz təchizata sahib olmaq lazım deyil. Belə ki, bunun üçün sadəcə olaraq siqnal qəbul edən resiver kifayət edir. Sözügedən tədqiqatı aparmış mütəxəssislər öz nəzəriyyələrini reallaşdırılmış testlər çərçivəsində sübut ediblər. Belə ki, onlar insanların çox olduqları yerlərdə BLE izləri identifikasiya ediblər və testlərdə iştirak etmiş könüllü şəxsin yerdəyişməsini təyin etməyi bacarıblar. Məlumatda qeyd edilib ki, bu və ya digər şəxsin bu üsul ilə izlənməsinin bir sıra texniki məhdudiyyəti var. Belə ki, siqnalı qəbul edən resiver BLE siqnalın əhatə dairəsində olmalıdır. Adətən bu göstərici 10 metr təşkil edir. BLE izin identifikasiyasını reallaşdırmaq üçün lazımi təchizatı texniki hazırlıq görmüş şəxs idarə etməlidir. Bundan əlavə olaraq unikal siqnal izinə hava temperaturu kimi xarici faktorlar təsir göstərə bilərlər.

24 saat” “Bluetooth üzrindən insanı izləməyin yeni üsulu aşkar edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button