2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Böhran dərinləşərsə, Aİ Azərbaycanla əlaqələrə yenidən baxa bilər

Bakı Qarabağa nəzarəti bərpa edəndən sonra vəziyyət pisləşərsə, Avropa İttifaqı (Aİ) Azərbaycanla əlaqələrə, o cümlədən maliyyə yardımına yenidən baxa, fərdlərə sanksiyalar tətbiq edə bilər. Bu haqda “Reuters” Aİ-nin diplomatik xidmət sənədinə istinadla yazır.

Ancaq sənəddə detallar açıqlanmır, yaxud Azərbaycanın enerji sektorunun adı çəkilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan ötən ay Qarabağda “antiterror” əməliyyatı keçirib, bundan sonra azı 100 min erməninin regiondan Qarabağa axın etdiyi bildirilir.

27 üzvü olan İttifaqın bir çox liderləri əməliyyatı pisləyiblər. Ancaq diplomatların dediyinə görə, daha sərt diplomatik, yaxud siyasi tədbir görməklə bağlı Aİ üzvləri arasında fikir ayrılığı var.

Blokun Azərbaycan nefti və qazından asılılığının artması durumu daha da qəlizləşdirir. Moskva ötən ilin fevralında Ukraynaya hücuma başlayandan Aİ Rusiyadan enerji idxalını azaltmağa çalışır.

Avropa Xarici Fəaliyyət Xidmətinin hazırladığı sənəddə mümkün reaksiyalar sadalansa da, “Reuters” ümumi tonun ehtiyatlı olduğunu yazır.

Deyilir ki, vəziyyət pisləşərsə, Aİ Azərbaycanla münasibətlərə “mərhələli yanaşma əsasında” yenidən baxa bilər.

“Ciddi insan haqları pozuntuları törədilırsə, belə pozuntulara görə məsuliyyət daşıyanlara qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdən keçirilə bilər”, – sənəddə vurğulanır.

Aİ-nin sanksiya tətbiq etməsi üçün üzv ölkələr arasında yekdillik olmalıdır.

Azərbaycana qarşı sərt mövqe tərəfdarı olan ölkənin diplomatı agentliyə anonimlik şərti ilə deyib ki, sənəd üzv ölkələrin fərqli mövqelərinin balansını əks etdirir: “Biz daha çox istəyirik, digərləri isə, ümumiyyətlə, heç nə istəmirlər”.

Diplomatların sözlərinə görə, Fransa, Almaniya və Niderland Bakıya güclü mənfi reaksiya mesajı göndərmək istəyənlərin sırasındadır. Avstriya və Macarıstan isə spektrin digər başında yer alır.

Azadlıq radiosu

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button