2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Böyük Britaniya ATƏT DTİHB-nin Azərbaycanda prezident seçkiləri haqqında rəyini bölüşüb

Böyük Britaniya DTİHB-nin Azərbaycanda 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkiləri haqqında ilkin rəylərini nəzərə alıb. Böyük Britaniya qürurla öz müşahidə missiyasıında 10 qısamüddətli nümayəndənin iştirakını təmin edib, bu barədə xarici işlər, Birlik və inkişaf məsələləri nazirliyinin nümayəndəsi bildirib.

“Azərbaycan Mərkəzi Seçki Komissiyasının seçkilərlə bağlı şikayətlərin araşdırılması üçün ekspert qrupu yaratmasını, həmçinin seçkilərin sakit keçməsini və məcburi köçkünlərin öz tarixi seçki dairələrində səs verməyinə imkan verən müddəaları ehtiva etməsini alqışlayırıq. Lakin seçkilərin məhdudiyyətlər və real siyasi alternativlərin olmaması şəraitində keçirilməsi ilə bağlı narahatlıq doğuran bəzi məsələləri bölüşürük. Ciddi pozuntular qeydə alınıb, onların bəziləri bir sıra insan hüquqlarının və əsas azadlıqlarının əksini tapdığı 1990-cı il Kopenhagen sənədinə ziddir.

ATƏT DTİHB seçki proseslərinin ədalətli qiymətləndirilməsinin təmin edilməsində böyük rol oynayır və Böyük Britaniya Azərbaycanı təşkilatın yekun tövsiyələri dərc edildikdən sonra onların yerinə yetirilməsi üzərində təşkilatla işləməyə çağırır.  

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan Böyük Britaniyanın mühüm tərəfdaşıdır və biz seçki islahatlarını və demokratik prosesin təkmilləşdirilməsini dəstəkləməyə hazırıq”, deyə Böyük Britaniyanın xarici siyasət idarəsinin nümayəndəsi bildirib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button