2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Britaniya Müdafiə Nazirliyi Ben Uolles: “Putinin planı pozulub”

Rusiya prezidenti Vladimir Putin Ukraynada, xüsusi hərbi əməliyyatının (işğal – red) plan üzrə getdiyini bildirib, lakin Böyük Britaniyanın müdafiə naziri Ben Uolles fərqli fikirdədir. 

24 saat” xəbər verir ki, nazir bunu BBC -yə müsahibəsində deyib .

Uollesin sözlərinə görə, Rusiya planından geri qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Yaşayış məntəqələrinin və bir sıra şəhərlərin hər gün dəhşətli şəkildə dağıdılmasına və atəşə tutulmasına baxmayaraq, ukraynalılar gün ərzində evlərindən çıxır, müdadfiə olunur, bəzi hallarda düşməni geri çəkilməyə məcbur edir və mübarizəni davam etdirir”, – Uolles bildirib.

“Rusiyanın itkiləri – fərarilər və könüllü təslim olanların da sayı çoxdur. Xeyli sayda zirehli texnika və mülki texnika məhv edilib”, Ben Uolles əlavə edib.

O, həmçinin rus qoşunlarının Kiyevi ala bilmədiyini qeyd edərək, nəqliyyat vasitələri və qoşunlar üçün ərzaq təminatının zəif planlaşdırılmasına diqqət çəkib.

Martın 3-də işğalçı ölkənin prezidenti Vladimir Putin Ukraynada Rusiya ordusunun böyük itkiləri və uğursuzluqları fonunda vəziyyətin məhz lazım olduğu kimi getdiyini bildirib.

Martın 3-ü səhər saatlarına olan məlumata görə, Rusiyanın Ukrayna ilə müharibədə itkiləri şəxsi heyətlə 9 min nəfərə çatıb, 217 tank, 900 zirehli döyüş maşını, 30 təyyarə və bir çox başqa texnika məhv edilib. Hesablamalar və rəqəmlər durmadan artır.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button