2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Ümumi iqtisadi xəbərlərXəbərlərYerli biznes xəbərləri

Britaniyanın Azərbaycanda qızıl çıxaran şirkəti “Anglo Asian Mining” 4.6 min unsiyalıq qızıl satır

Azərbaycanda qızıl, mis və gümüş mədənçisi “Anglo Asian Mining PLC” 2023-cü ilin iyunundan dekabr ayına kimi 7 ay ərzində 4 600 unsiya qızıl külçə üçün forvard müqavilə ilə satış mövqeyi tutduğunu elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az-a bu barədə Şirkətdən bildirilir.

Bu “Anglo Asian Mining”in orta səviyyəli mis istehsalçısına keçidi ilə yekunlaşan ortamüddətli artım strategiyası və qarşıdan gələn kapital xərcləri tələbləri fonunda tədbirli olduğu vurulanıb.

Külçə qızılın aylıq satışları hər ay büdcədə nəzərdə tutulmuş “gold doré” (qızıl və gümüşdən ibarət dore)  istehsalının təxminən 25%-30%-nə bərabər olmuşdur. Müqavilələrin müddəti hər ayın sonunda başa çatır və cəmi 4 600 unsiya külçə qızıl əvvəllər satılıb. Forvard satışlar qızılın unsiyasına görə $1949.75-dən $1979.25-ə qədər olan qiymətlərlə həyata keçirilib.

Forvard satış müqaviləsi bağlandığı zaman qızılın spot qiyməti $1947.50 dollar təşkil edib.

Banker.az-ın hesablamasına görə, hazırkı qızılın forvard dəyəri spot qiymətlə götürdükdə $8.96 mln. təşkil edir. Azərbaycan qızılı İsveçrəyə satır.

 

“Anglo Asian Mining” şirkəti qeyd edib ki, bu forvard satış müqavilələrinin icrası barədə rüblük hasilat və əməliyyat icmallarında məlumat verəcək.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button