2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bu banklar işçi axtarır – TƏLƏSİN

Kapital Bank” call center şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 21-28 yaşlarında ali təhsilli, 1 ildən artıq iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi  yanvar ayının 6-dır.

İş barədə məlumat

– Məlumat mərkəzinə daxil olan zəngləri cavablandırmaq
– Müştərilərə zəng edərək cari kompaniyalar haqqında məlumat vermək
– Müştəri müraciətlərinə əsasən ödəniş kartları ilə bağlı əməliyyatları aparmaq

Saytların yığılması Saytlarin yigilmasi

Namizədə tələblər

– Yüksək ünsiyyətqurma bacarığı
– Dəqiqlik və operativlik
– Təzyiq altında işləmə qabiliyyəti
– Fərdi və komanda tərkibində işləmə bacarığı
– Əla səviyyədə Azərbaycan və Rus dillərini bilmək
– MS Office bilikləri

Telefon – (012) 598-12-95

***

“FINCA Azerbaijan” kredit təşkilatı gecikmələr üzrə zəng mərkəzinin işçisi vəzifəsinə işçi axtarışı elan edir. Fins.az-ın məlumatına görə, bitmiş və ya davam etməkdə olan ali və ya orta təhsilli, riyazi biliklər və analitik bacarıqları olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 14-dür.

Əsas vəzifə öhdəlikləri:

– Kredit ödənişini gecikdirən müştərilərlə telefon əlaqəsi yaradaraq, onların gecikmə barədə məlumatlandırılması;

– Geri ödənişlərin yığımı, müştəri hesablarının və geri ödənişlərinin, həmçinin uyğunsuzluqların təhlili üzrə müştəri xidmətlərinin göstərilməsi;

– Lazım gəldikdə Maliyyə Xidmətləri Departamentinə digər öhdəliklərin həyata keçirilməsində dəstək göstərilməsi;

– Kredit ödənişini gecikdirən müştərilərlə münasibətlərin düzgün qurulması və qorunması;

– Geri ödəniş üzrə bütün lazımi məlumatların proqrama daxil edilməsi və hesabatların hazırlanması.

Tələb olunan keyfiyyətlər:

– Yüksək ünsiyyət, danışıqlar aparma və problem həlletmə bacarığı;

– Azərbaycan dilində səlis danışmaq bacarığı;

– Bitmiş və ya davam etməkdə olan ali və ya orta təhsil;

– Riyazi biliklər və analitik bacarıqlar;

– Kredit işi, biznes ilə tanışlıq.  Müştərilər ilə birbaşa iş təcrübəsi olanlara üstünlük veriləcək;

– MS Office proqramları (xüsusilə MS Word, MS Excel) işləmək bacarığı;

– Prioritetlərin müyyənləşdirilməsi qabiliyyəti və operativlik.

– “FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Namizədlər öz tərcümeyi-hallarını(CV)  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərlər.

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

E-mail – [email protected]

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button