2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bu iki general vətəndaşları QANUNSUZ DİNLƏYİRMİŞ – MTN işi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyilə baş tutan prosesdə sahibkarlar və digər vətəndaşların qanunsuz dinlənilməsi epizodu üzrə sabiq MTN əməkdaşları və hazırda DTX-da işləyən şəxslər ifadə veriblər.
Zərərçəkmiş şəxslər bu iş üzrə həbsdə olan MTN işçilərini tanımadıqlarını deyiblər. Epizodlar digər cinayət işi üzrə təqsirləndirilən generallar – Akif Çovdarov və Elçin Quliyevlə bağlı olub.
Zərərçəkmişlər bu iş üzrə təqsirləndirilən Teymur Quliyev və Natəvan Mürvətovanın idarə tərəfindən dinlənildiyindən həmin şəxslər bu prosesdə də dindiriliblər.
Növbəti proses iyulun 27-də davam edəcək.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətovanın cinayət işi bir icraatda, Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev isə ayrıca icraatda məhkəmə prosesi davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button