Loading...
Loading...
24 saat

Bu il dərslər sentyabrın 15-də başlamayacaq

15 Sentyabr – Bilik Gününün gününə təsadüf etməsi ilə əlaqədar bu il Azərbaycanın ümumtəhsil məktəblərində və universitetlərdə dərslər sentyabr ayının 15-də başlamayacaq.

24saat.org xəbər verir ki, şənbə istirahət günü olduğuna görə 2018-2019-cu dərs ili sentyabrın 17-də başlayacaq.

Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button