Gündəm

Cəmil Həsənli: “Kitablarıma qadağa qoyulub”

”Bu, ötən əsrin 30-cu illərini xatırladır”

Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənli bir sıra kitab mağazalarında müəllifi olduğu kitabların satışına qadağa qoyulduğunu deyib.

24saat.org xəbər verir ki, bu barədə Meydan TV-Cəmil Həsənli özü deyib.

Onun sözlərinə görə, kitablarını əsasən prezidentin İşlər İdarəsinin “Kitab Evi”, Bakı Kitab Mərkəzi, “Rus Kitab Evi” dükanları satmaqdan imtina ediblər.

O, bunu siyasi fəaliyyəti ilə əlaqələndirir:

“Bir neçə il öncə “Rus Kitab Evi”ndən mənə zəng edib kitab evinin bağlanacağını bildirdilər və mənim orada olan, əsasən Moskvada nəşr olunmuş kitablarımı geri götürməyimi istədilər. Mən kitabları geri götürdüm, ancaq mağaza bu günə kimi işləyir. “Kitab Evi” bir il yarım öncə təmir başlaması ilə əlaqədar kitablarımı götürməyimi xahiş etdilər. Ancaq rekonstruksiyadan sonra onlardan bir xəbər yoxdur”.

Professor hakimiyyətin nəzarətində olan nəşriyyatlarda çap olunan kitablarda əsərlərinə istinad etmək müəlliflərə “tövsiyə” edilmir.

“Bu, mənə ötən əsrin 30-cu illərində “xalq düşmənləri”nin əsərlərinə münasibəti xatırladıb. “Bəlkə də konkret göstəriş yoxdur, kitab dükanlarının sahibləri belə edir, qorxudan bu qadağanı qoyurlar”.

C.Həsənli hesab edir ki, baş verənlər ölkədə qurulan totalitar idarəçilik və avtoritar düşüncə ilə əlaqədərdir.

Cəmil Həsənli qarşılaşdığı olayla bağlı məhkəməyə müraciət etməyəcək:

“Çünki bu, məhkəmədən çox mənəvi təqibdir. İkinci, bu hadisə ilə başqa kitab dükanlarında qarşılaşmamışam. Başqa kitab dükanlarında maneçilik yoxdur”.

Professor Cəmil Həsənli Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər), 1920-30-cu illər, İkinci Dünya Müharibəsinin başa çatması, Yaxın Şərqdə dövlətlərarası mübarizənin kəskinləşməsi, əsasən Türkiyə və İranda, “soyuq müharibə”nin başlanması və s. dövrlərin tarixini əks etdirən çoxsaylı elmi əsərlərin müəllifidir.

Ələsgər Məmmədli: “Burda iki fundamental hüquq pozulur” 

24saat.org xəbər verir ki, media eksperti Ələsgər Məmmədli məsələni şərh edib: Bakı şəhərindəki inzibati qurumların nəzarətində olan kitab satış yerləri tarixçi alım, Professor Cəmil Həsənlinin müəllifi olduğu və Azərbaycanın yaxın tarixinə işıq tutan, onu tanıdan kitabları satışdan çıxarıb və satmaqdan imtina edib.
Bu barbar addım ciddi hüquq pozuntusudur. Burda iki fundamental hüquq pozulur. Birincisi, müəllifin siyasi düşüncəsinə, siyasi fəaliyyətinə görə ayrıseçkiliyə məruz qalması onun bərabərlik hüququnu və ayrıseçkiliyə məruz qalmama hüququnu pozub. İkincisi, kitabın satışından imtina edilməsi ifadə azadlığını pozur. İfadə azadlığını yalnız qanunla nəzərdə tutulan legitim məqsədlər üçün və demokratik cəmiyyətdə zərurilik şərtini gözləməklə qismən məhdudlaşdırmaq olar. Burda heç bir legitim məqsəd yoxdur.
Bu kitab satan tüccarlara onları idarə edən qurumların rəhbərləri başa salmalıdır ki, bu biabırçılığa son qoysunlar. Bu addımla ölkənin imicinə vurulan zərəri ölkəmizi sevməyənlər milyonlar xərcləsə vura bilməz. Bir az ağılınız olsun, çiyinlərinizin üzərinizdə daşıdığınız kürənin içərisində azacıq beyin olduğunu dərk edin. Ayıbdır, AYIB.

Gözdən qaçırmayın:  “Kiyev kabusu” artıq 16 Rusiya təyyarəsi vurub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button