2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏİqtisadiyyat

“Cəbhə bölgəsindəki əhalinin məşğulluğunun təmininə diqqət artırılmalıdır”

Samir Əliyev: “Dövlət yeni yaranan təsərrüfatları əlverişli şərtlərlə maliyyə ilə təmin etməlidir”

Erməni işğalından azad edilən Cocuq-Mərcanlıda, habelə cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrində məşğulluğun artırılması son günlərin ən çox müzakirə edilən məsələlərindən biridir.

 

Saytların yığılması Saytlarin yigilmasi


Maraqlıdır, təmas xəttinə yaxın ərazilərdə məşğulluğun artırılması üçün bu ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara əlavə güzəştlər edilə bilərmi? Onların vergidən bir neçə illik azad edilməsi, habelə bu şəxslərə aşağı faizli kreditlərin verilməsi məqsədəuyğun hesab edilə bilərmi?
24saat.org-a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Cəbhə bölgəsində əhalinin məşğulluğunun artırılması çox vacibdir. Dövlətin bu ərazidəki yaşayış məntəqələrinə qayğısı hökmən olmalıdır. Cəbhə bölgəsində yaşayan insanların məşğuliyyəti olmalıdır ki, onlar bu əraziləri tərk etməsinlər. Bu ərazidə iş görən sahibkarlara həm maliyyə dəstəyi verilməli, həm də güzəştlər tətbiq edilməlidir.
Azərbaycadna kənd təsərrüfatı sektoru 7 illik vergidən azad edilib. Torpaq vergisi istisna olmaqla istehsal edilən bütün məhsullar vergidən azaddır. Lakin düşünürəm ki, burada əsas məsələ maliyyədir. Dövlət yeni yaranan təsərrüfatları əlverişli şərtlərlə maliyyə ilə təmin etməlidir. Bu, yeni iş yerlərinin açılmasının situmullaşdırmaq üçün vacibdir”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button