2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Cəbhəçinin 25 sutka aldığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İsmayıllı rayon şöbəsinin fəalı Zaur Usubovun fevralın 21-də bu rayonun məhkəməsinin qərarı ilə 25 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib. Partiyadan bildirildiyinə görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib.

AXCP ittihamı saxta hesab edir və fəalın həbsinin sosial şəbəkələrdə kəskin tənqidi statusları ilə bağlı olduğunu vurğulayır.

Partiyadan əlavə ediblər ki, təkcə son bir ay ərzində ən azı 14 nəfər ictimai-siyasi fəal saxta iddialarla 25-30 sutka olmaqla inzibati həbsə məhkum olunub. Onlardan beşinin AXCP, altısının Müsəlman Birliyi Hərəkatının, ikisinin D18 Hərəkatının üzvü, bir nəfərin isə bitərəf olduğu qeyd edilir.

Bu məlumatlara, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə fundamental azadlıqların qorunduğunu, heç kimin dinc, siyasi fəaliyyətə görə təqiblərə məruz qalmadığını deyirlər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button