2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Cənnət Havay cəhənnəmi yaşayır

2023-08-12 10:02:33

class=”mediyanet-inline-adv”>

ABŞHavay əyalətinin ən böyük adalarından biri olan Mauidə avqustun 8-də başlayan və hələ də davam edən yanğınlarda minə yaxın adam hələ də xəbərsizdir. Mauinin tarixi Lahaina şəhərinin 80 faizinin dağıdıldığını bildirən əyalət qubernatoru Coş Qrin bunun Havay tarixinin ən böyük fəlakəti olduğunu bildirib. Ölənlərin artması ehtimalının olduğunu qiymətləndirən Qrin 1700-dən çox evin külə döndüyünü qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilib ki, Mauidə on mindən çox insan elektrik enerjisindən istifadə edə bilmir, həmçinin rabitədə böyük fasilələr var. Xüsusilə adada yaşayan insanların itkin düşmüş ailə üzvlərinə çatmaqda çətinlik çəkdiyi bildirilib. 35 min insanın yaşadığı Maui adasından təxminən 30 min insanın təxliyə edildiyi açıqlanıb. Yanğından okean sularına tullanaraq sağ çıxanların ABŞ Sahil Mühafizəsi qrupları tərəfindən təhlükəsiz nöqtələrə aparıldığı bildirilib.

class=”mediyanet-inline-adv”>

Cənnət Havay cəhənnəmi yaşayır

Jeff Bezos və onun nişanlısı Lauren Sanchez 2021-ci ildə 78 milyon dollara ev alıb.

ÇOX MƏŞHURLAR ADINDA EV VAR

Havay ştatının senatoru Brian Schatz sosial şəbəkədəki paylaşımında Mauidəki Lahaina şəhərinin demək olar ki, hamısının yandığını və yanğınsöndürənlərin intensiv şəkildə alova nəzarət etməyə çalışdığını bildirib. Digər tərəfdən hadisə ilə bağlı ABŞ prezidenti Co Bayden də açıqlama verib. “Böyük fəlakət qərarı” verdiyini vurğulayan Bayden, adanın bərpası üçün büdcə ayrılacağını açıqladı. Yanğın zamanı məşhur musiqiçi Mick Fleetwood-un evi və restoranının külə döndüyü, adada Ceff Bezos, Oprah Winfrey, Steven Tyler, Owen Wilson, Clint Eastwood kimi məşhur adların evlərinin də olduğu bildirilib. .

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button