2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Cənubi Afrikada dəhşətli yanğın: Ən azı 74 nəfər ölüb

class=”mediyanet-inline-adv”>

Fövqəladə Hallar İdarəsi sözçüsü Robert Mulaudzi bildirib ki, yanğın şəhərin mərkəzində yerləşən və ölkədə qeyri-qanuni yaşayan çoxlu sayda insanın yaşadığı binada baş verib. Yanğınsöndürənlər səhər saatlarında naməlum bir səbəbdən başlayan yanğını böyük ölçüdə nəzarət altına alarkən, indiyədək 12-si uşaq olmaqla 74 nəfərin öldüyü açıqlanıb. 50 nəfərin xəsarətdən xilas edildiyi binada 200-ə yaxın insanın sığındığı, axtarış işlərinin davam etdiyi və ölənlərin sayının arta biləcəyi qeyd edilib.

QANUNSUZ İcarəyə verilir

Saytların yığılması Saytlarin yigilmasi

Yerli səlahiyyətlilər bəzi insanların yanğından xilas olmaq üçün özlərini pəncərədən ataraq öldüyünü bildirərkən, bir hadisə şahidi insanların körpələrini alovdan xilas etmək üçün binadan çölə atdıqlarını gördüyünü söylədi. Yerli mətbuatın məlumatına görə, yanğının baş verdiyi bina Yohannesburq administrasiyası tərəfindən evsizlərə dəstək verən qeyri-hökumət təşkilatına buraxılsa da, sonradan otaqlar qeyri-qanuni olaraq mühacirlərə icarəyə verilib. Yanğının elektrik enerjisindən qeyri-qanuni istifadə edilən binada qışda isinmək istəyən insanların yandırması nəticəsində baş verdiyi ehtimal edilir. Yoxsulluq, işsizlik və mənzil böhranının yaşandığı Yohannesburqda təxminən 15 min evsizin olduğu təxmin edilir.

2023-09-01 05:45:34

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button