2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
XəbərlərYerli biznes xəbərləri

“Cahan Ticarət” icbari sığorta müqaviləsinin bağlanmamasına görə 5 min manat cərimələnə bilər

“Cahan Ticarət” MMC-yə cərimə protokolu yazılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, İnzibati Xətalar Məclləsinin 469.2-ci maddəsinə görə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

İşə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Cahan Ticarət” MMC beş min manat məbləğdə cərimə edilə bilər.

2005-ci ildə yaradılmış “Cahan Ticarət” MMC Avropa ölkələrindən Azərbaycana qida məhsullarının və gündəlik tələbat mallarının idxalı ilə məşğul olur. Ölkəyə idxal olunan ərzaq məsulları sırasında şəkər tozu, ət və toyuq məhsulları, dondurma, spirtli içkilər də var.

“Cahan Ticarət” MMC XIX əsrin sonlarından etibarən Avropa bazarında qida və gündəlik tələbat mallarının istehsalı və satışı sahəsində aparıcı şirkətlərdən biri olan “Unilever” transmilli İngiltərə-Hollandiya şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button