2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Cahangir Hacıyevə 17 il həbs cəzası istənildi

Prokuror çıxışında məhkəmədən Cahangir Hacıyev 17 il, İlqar Abdullayev 8 il, Yusif Ələkbərov 11 il, İbrahim Hüseynov 11 il, Anar Sultanov 11 il, Məmməd Cahangirov 8 il,Kənan Orucov 7 il 6 ay, Azad Cavadov 12 il 11 ay cəza verilməsini istəyib.

Prokuror eləcə də təqsirləndirilən şəxslərin hər birinin 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər tutmaqdan məhrum edilməsini istəyib.

Beynəlxalq Bankın nümayəndəsi banka dəyən 211 milyon ziyanın tam ödənilməsini istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib. Proses oktyabrın 4-də davam edəcək.

***

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Fərid Nağıyev C.Hacıyevə cəza istəyəcək.

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsindəj işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü maddələri ilə ittiham edilib. (lent.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button