Loading...
Loading...
Siyasət

Çavuşoğlu Ermənistanı ‘cəsarətli’ olmağa çağırır

TürkiyəErmənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların üçüncü raundu Vyanada olacaq
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, TürkiyəErmənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqları aparan xüsusi nümayəndələrin sayca üçüncü görüşü Vyanada olacaq.
Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu verib.
O Türkiyənin NTV telekanalının canlı efirində Ermənistanı “cəsarətli” olmağa və üçüncü görüşü Ankara və ya Yerevanda keçirməyə çağırıb:
“Əgər siz görüşmək üçün Türkiyəyə gəlmirsinizsə, başqa məsələlərdə necə addım atacaqsınız?..”
Türkiyə naziri hətta Türkiyə tərəfinin başlanğıc üçün Yerevana gəlməyə hazır olduğunu bildirib.
Ötən ilin sonunda Türkiyə və Ermənistan aralarındakı münasibətlərin yaxşılaşdırılmasına hazır olduqlarını bidlirmiş və bu istiqamətdə ikitərəfli danışıqların keçirilməsi üçün xüsusi nümayəndə təyin etmişdilər.
Türkiyənin keçmiş ABŞ səfiri Serdar Kılıcla Ermənistan Milli Məclisi spikerinin müavini Ruben Rubinyan arasında indiyədək yanvarın 14-də Moskvada və fevralın 24-də Vyanada olmaqla iki görüş keçirilib.
Cəsarətli addımlar gərəkdir
Haber7 saytında dərc olunmuş xəbərə görə Çavuşoğlu bunu da bildirib ki, o Türkiyə və Ermənistan arasında yaxınlaşma üçün konkret addımların atılmasını istəyir:
“Ermənistan ve Azərbaycan arasında Brüssel görüşündə əldə olunan kompromisi yüksək qiymətləndiririk. Sərhəd komissiyasının yaradılması, bundan əvvəl Azərbaycanın təklif etdiyi hərtəfli sülh müqaviləsinə dair razılaşmaları da dəstəkləyirik. Bundan sonra xarici işlər nazirlərinə müqavilənin layihəsi üzərində işləmək tapşırılıb”.
Türkiyə xarici işlər naziri daha sonra deyib:
“Cənubi Qafqazın sabitliyi üçün hamının bir-birilə münasibətlərini normallaşdırması, çoxdan bəri qırılmış əlaqələrin bərpası, elə də asan deyildir və cəsarətli addımlar gərəkdir”.

“Əvvəlcə biz Yerevana gələk…”
Mevlüt Çavuş oğlu Ermənistan tərəfinin çətinliklərini başa düşdüyünü də deyib:
“Burdan Ermənistana bunu demək istərdim. Bilirik, basqı altında ola bilərsiniz. Bu asan bir proses deyildir. Diasporanızın bir qismi bu normallaşmanı dəstəkləmir, bunu da görürük. Xüsusilə də Amerika və Fransadakı diasporanı deyirəm. Onlar tam əks bəyanatlar verirlər”.
Nazir Ermənistan və Türkiyə nümayəndələri arasında görüşlərin üçüncü bir ölkədə keçirilməsinin məntiqli olmadığını deyib:
“Artıq üçüncü bir ölkədə görüşməyə ehtiyac varmı? Bir tərəfdən “əlaqələr normallaşsın, sərhədlər açılsın” deyirsiniz, amma digər tərəfdən hələ də Türkiyədə və ya Yerevanda görüşməyə cəsarət etmirsiniz. Hətta “əvvəlcə biz Yerevana gələk dedik”, “yox, yox, üçüncü ölkədə görüşək” dedilər. Yəni bir az daha cəsarətli addımlar atılması gərəkdir”.

24 saat” “
Çavuşoğlu Ermənistanı ‘cəsarətli’ olmağa çağırır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button