Gündəm
Çay daşıb, kəndi su basıb
Mayın 5-dən 6-na keçən gecə Qax rayonu ərazisinə yağan güclü leysan yağışları Qapıçay çayını məcrasından çıxarıb.
AZƏRTAC rayon rəsmilərinə istinadən xəbər verib ki, təbii fəlakət nəticəsində Marsan və Çüdülü kəndlərində bəzi evlərin həyətlərini su basıb. Əkin sahələri su altında qalıb.
Hazırda Qax rayon Fövqəladə Hallar Komissiyasının və aidiyyəti qurumların təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş apardıqları bildirilir.
24saat.org
Mənbə – azadliq.org