2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Çexiyadakı prezident seçkilərində istefada olan general qalib gəlib

Çexiyada prezident seçkilərinin ikinci turunda da səsverməni istefada olan general Petr Pavel qazanıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, səslərin 58 faizdən çoxunu, rəqibi Andrey Babiş isə 42 faizdən az səs toplayıb.

Baş nazir Petr Fiala , eləcə də Çexiya ilə qonşu olan bəzi dövlətlərin, xüsusilə Slovakiya və Avstriyanın başçıları Petr Paveli qələbə münasibətilə təbrik ediblər.

Petr Pavel səlahiyyətlərinin icrasına martın əvvəlində başlayacaq.

O, Praqa qalasında Miloş Zemanı əvəz edəcək. Miloş Zeman uzun müddət Avropa İttifaqı ölkələrinin ən rusiyapərəst rəhbərlərindən biri hesab olunub. Lakin fevralın 24-dən sonra o Moskvaya münasibətdə mövqeyini kəskin şəkildə sərtləşdirib.

Petr Pavel karyeralı hərbçidir, Çexiya və keçmiş Sovet bloku ölkələrinin tarixində (2015-2018-ci illərdə) NATO Hərbi Komitəsinin ilk rəhbəri olub.

Beş il Çexiya Ordusunun Baş Qərargah rəisi olan Pavel Rusiyanın Ukraynaya hücumuna qarşı sərt mövqe tutur.

Ölkəsinin qərbyönlü oriyentasiyasını müdafiə edir, eyni zamanda vətənpərvərlik hisslərinə səsləyir. Onu əsasən sağ, mühafizəkar və liberal baxışların tərəfdarları dəstəkləyir.

Andrey Babiş keçmiş baş nazir, hazırda ən böyük müxalifət partiyası olan ANO-nun lideri və keçmiş milyarder sahibkar, “Agrofert” holdinqinin rəhbəridir.

Onun seçicilərinin əsasını pensiyaçılar və aztəminatlı insanlar təşkil edir.

Səsvermənin birinci turunda Prəqiblər təxminən bərabər sayda səs toplasalar da seçicilərin yarısından çoxunu qazana bilməmişdilər.

Parlamentli respublika olan Çexiyada dövlət başçısının səlahiyyətləri çox da böyük deyil.

Petr Pavel 1993-cü ildə Çexoslovakiyanın bölünməsindən sonra Çexiyanın dördüncü prezidenti olacaq. Onun sələfləri keçmiş dissident və dramaturq Vatslav Havel (1993-2003), iqtisadiyyat professoru və keçmiş baş nazir Vatslav Klaus (2003-2013) və digər keçmiş baş nazir Miloş Zeman (2013-2023) idi.

2013-cü ilə qədər ölkədə prezidenti parlament seçib, həmin dövrdən bəri birbaşa seçkilər tətbiq olunur.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button