2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ceyhun Bayramov: Azərbaycan və ABŞ “etibarlı tərəfdaşlardır”

Bakı/28.12.23/Turan: Azərbaycan ABŞ-la münasibətlərin inkişaf etdirilməsində maraqlıdır, hər iki tərəf bir-birinin “etibarlı” tərəfdarıdır, bu barədə bugünki mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, oktyabrda ikitərəfli münasibətlərdə yaranan gərginlikdən sonra hazırda münasibətlərin əvvəlki məcrasına qayıtması üçün ilk müsbət mesajlar daxil olub.

ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərdə “gərginlik” haqqında suala cavabda Bayramov deyib ki, “hazırkı mərhələdə münasibətləri gərgin adlandırmazdı”.

“Hesab edirəm ki, başqa, daha yumşaq terminlərdən istifadə etmək olardı”, deyə nazir bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O qeyd edib ki, oktyabrda münasibətləri “gərgin” adlandırmaq olardı və bunun səbəbi Qarabağda antiterror əməliyyatı ilə əlaqədar ABŞ Konqresində Azərbaycanın ünvanına səslənən ittihamlar olub.

Azərbaycan “adekvat reaksiya” verdikdən sonra “müsbət dəyişikliklər” (ABŞ-ın mövqeyində) nəzərə çarpıb.

“Dövlət katibi Blinken və Azərbaycan prezidenti arasında telefon söhbəti baş tutub. Konqresdə ölkəmizin əleyhinə bəyanatlar səsləndirən O’Brayn  (dövlət katibinin köməkçisi) Azərbaycana səfərə gəlib, daha sonra biz onun müsbət mesajlarını eşitmişik”, deyə Bayramov bildirib.

O, ABŞ-ı və Azərbaycanı “etibarlı tərəfdaş” adlandırıb.

“Biz enerji təhlükəsizliyi, nəqliyyat, qlobal cinayətkarlığa və terrorçuluğa qarşı mübarizə sahəsində çoxsaylı birgə layihələr həyata keçirmişik.

Bu münasibətlərin inkişafında maraqlıyıq. ABŞ Azərbaycan üçün və Azərbaycan ABŞ üçün etibarlı tərəfdaşlardır. Artıq ilk müsbət mesajlar verilib və onların ardıcıl olması və münasibətlərin əvvəlki məcraya qayıtması üçün, ümid edirik ki, gələn ilk ilk növbədə ABŞ tərəfindən addımlar atılacaq”, deyə Bayramov bildirib. 06В

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button