2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ceyhun Bayramov: Ermənistana yeni təkliflər təqdim edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 22-də Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Ceyhun Bayramov görüş zamanı bildirib ki, uzun sürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan Azərbaycan hərbi qulluqçusuna snayperdən atəş açılıb. Onun sözlərinə görə, əsgərin yaralanması ilə nəticələnən təxribatla Ermənistan sülh prosesinə zərbə vurmaq istəyib. 

“Sülh sazişi layihəsinə gəldikdə Azərbaycanın növbəti şərhləri Ermənistan tərəfinə təqdim edilib və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlıyıq. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar qəbuledilməzdir”, – XİN başçısı görüşdə bildirib. 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button