2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ceyhun Bayramovun Britaniyada görüşündə ölkələrin əlaqələrinin inkişafının əhəmiyyəti vurğulanıb

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Birləşmiş Krallıq Parlamentinin Lordlar və İcmalar Palatalarının bir sıra üzvləri, o cümlədən Xarici Əlaqələr Komitəsinin sədri Alisia Kerns, Parlamentin üzvü və Avropa, Şimali Amerika və Böyük Britaniyanın xarici əraziləri üzrə kölgə naziri Stefen Douti, eləcə də Azərbaycan üzrə Bütün Partiyalar üzrə Parlament Qrupunun üzvləri ilə görüşləri keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə Lord Evans, Lord Vaferli, Baroness Uddin, Lord Hussain, Bob Bləkmən və David Duguid iştirak edib.

Tərəflər parlamentlərarası əməkdaşlığın və iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıblar. Görüşlər zamanı Azərbaycanla Birləşmiş Kralııq arasında enerji sahəsində davamlı tərəfdaşlıq və alternativ enerji də daxil olmaqla, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, eləcə də “orta dəhliz” və nəqliyyat-tranzit sahəsində artan rolu diqqətə çatdırılıb.

Nazir müqabil tərəfləri post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh sazişi üzrə aparılan danışıqların cari vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılan intensiv bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesinə başlanılması və buna başlıca əngəl olaraq ərazidə mövcud olan mina problemi barədə məlumatlandırıb.

Tərəflər həmçinin Ukraynada vəziyyət, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparıblar.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button