Loading...
Loading...
Texnologiya

Çinli alimlər potensial yadplanetlilər tərəfindən göndərilmiş siqnalı qəbul etmiş ola bildiklərini iddia edirlər

    Çin Elmlər Akademiyasından olan mütəxəssislər bildiriblər ki, onlar kosmosdan gəlmiş şübhəli siqnalları aşkar ediblər və həmin siqnallar potensial yadplanetli sivilizasiya tərəfindən göndərilmiş ola bilər. Lakin mütəxəssislər həmçinin qeyd ediblər ki, əldə edilmiş məlumatların analiz nəticələrinə çox ehtiyatla yanaşmaq lazımdır. Dünyann ən böyük radioteleskopu olan FAST vasitəsilə yadplanetli sivilizasiyaların axtarışını aparan çinli alimlər sözügedən teleskopun 2019-cu il üzrə əldə etmiş olduğu məlumatları analiz edən zaman qeyri-adi siqnalları aşkar ediblər. Qeyd etmək lazımdır ki, Çinin cənub-qərb hissəsində yerləşən FAST adlı radioteleskop uzaq qalaktikaların müşahidəsində və digər elmi tapşırıqların yerinə yetirilməsində istifadə edilir. Bundan əlavə olaraq bu radioteleskopun əsas məqsədlərindən biri də potensial yadplanetlilər tərəfindən ola biləcək siqnalların təyin edilməsidir.

500 metr diametrə sahib FAST radioteleskopu:

    FAST radioteleskopu yüksək həssaslığı ilə seçilir və kosmosun böyük sahəsini əhatə edə bilir. “Bzim, yadplanetli sivilizasiya tərəfindən göndərilmiş siqnalı aşkar etdiyimizə dair ehtimal çox yüksəkdir. Lakin təyin edilmiş bu radiosiqnal adi radio müdaxiləsi və ya digər təbii kosmik obyekt tərəfindən generasiya edilən siqnal da ola bilər. Aşkar edilmiş siqnalın yadplanetlilər tərəfindən göndərilib-göndərilmədiyini təyin etmək üçün əlavə araşdırmalar aparmaq lazımdır” – deyə Çin Elmlər Akademiyasının mütəxəssisi Zhang Tongjie qeyd edib. Zhang Tongjie Çin Elmlər Akademiyasında yadplanetli sivilizasiyaların axtarışı ilə məşğul olan mütəxəssisdir. Lakin qərbdən olan alimlərin fikirlərinə əsasən aşkar edilmiş siqnalları yadplanetli sivilizasiyadan gəldiyini dəqiq şəkildə söyləmək hələ çox tezdir.

    Aşkar edilmiş qeyri-adi siqnalların əlavə analizi aparılmadıqca və elmi cəmiyyətin ekspert qiymətləndirilməsi verilmədikcə, elan edilmiş bu bəyanata skeptik yanaşmaq lazımdır. Ola bilər ki, sözügedən siqnalların daha sadə izahı mövcuddur. “Biz bu siqnalların analizlərini FAST teleskopu vasitəsilə reallaşdıracğıq. Bundan əlavə olaraq biz buna bənzər digər siqnalları axtarmağa davam edəcəyik. Bununla da biz sözügedən siqnalların hardan gəldiklərini təyin etməyə çalışacağıq. Nəticədə onların yadplanetli sivilizasiyaya aid olub-olmadığını təyin etmək mümkün olacaq” – deyə Zhang Tongjie qeyd edib. Çinli alimlər əldə olunan nəticələrə çox ehtiyatla yanaşmağın lazım olduğunu bildirdiklərinə baxmayaraq onlar dünyanı dəyişə biləcək kəşfi təsdiqləyəcəklərinə ümid bəsləyirlər. Əks halda onların bu ehtimalları təsdiqlənməyəcək və onlar öz axtarışlarını davam etdirəcəklər. 

Gözdən qaçırmayın:  “Whatsapp”a yeni funksiya gəldi: Mesajlar 24 saata... - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button