Loading...
Loading...
Xəbərlər

Co Baydendə koronovirusun ‘yüngül simptomları’ olub

ABŞ prezidenti Co Baydendə COVID-19-un yüngül forması olub. Ağ Ev bildirir ki, xəstəliyin getdikcə daha az simptomları müşahidə olunub və prezident yaxşı əhval-ruhiyyədədir.

Bayden cümə günü özünün baş iqtisadi məsləhətçiləri ilə virtual olaraq görüşüb, bir gün sonra götürülən test nümunəsi pozitiv göstərib. Qeyd olunur ki, görüşdə Co Baydenin boğuq səsi olub və iqamətgahındakı bir toplantıda danışarkən arabir öskürüb.

Qazın qiymətinin aşağı salınması ilə bağlı tədbirlərin müzakirəsi zamanı o, “mən özümü səsimdən qat-qat yaxşı hiss edirəm” deyib.

Ağ Evin həkimi Kevin O’Connor tərəfindən bir gün əvvəl yayımlanan bəyanatda Baydenin xəstəliyinin əsas əlamətlərinin burun axması, yorğunluq və arabir quru öskürək olduğu bildirilib.

Ağ Evin sözçüsü Karine Jean-Pierre isə cümə günü günortadan sonra jurnalistlərə Baydenin sağaldığını və virusun “çox yüngül simptomlarının olduğunu” deyib.

“Amerikanın Səsi” yazır ki, sözçü xəstəliyin yüngül siptomlarla müşahidə olunmasına prezidentin ikiqat peyvənd və ikiqat revaksinasiya, həmçinin Paxlovid ilə müalicəsi səbəb olub.

Mətbuat katibi prezidentin dəqiq harada koronavirusa yoluxduğunun bəlli olmadığını deyib. Amma o əlavə edib ki, son vaxtlar prezidentlə 17 nəfər, o cümlədən yüksək vəzifəli məmurlar və Konqres üzvləri görüşüblər.

Ancaq Karine Jean-Pierre indiyədək bu insanların heç birində COVİD-19-a yoluxma halının aşkarlanmadığını vurğulayıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  ‘Panama arxivi’ işində məlumat verən şəxs: Putin ABŞ üçün Hitlerdən daha təhlükəlidir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button