Siyasət
Corc Dik: “Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir”
![Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”](https://www.az24saat.org/wp-content/uploads/2023/10/Elcin-Xəlilov-Azərbaycan-Ordusunda-kadr-potensialinin-proqnozlasdirilmasi-və-planlasdirilmasi-duzgun.webp-780x470.webp)
“Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir”.
“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” hesabında yazıb.
O qeyd edib ki, HƏMAS bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək.
Səfir hazırda HƏMAS-ın iki məqsədi olduğunu vurğulayıb: “Birinci məqsəd bütün yəhudiləri və israilliləri öldürmək, ikinci məqsəd isə nəyin bahasına olursa-olsun, sağ qalmaqdan ibarətdir”.
Corc Dik İsrailin də məqsədindən söz açıb: “İsrailin məqsədi heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əmin olmaqdır”.
Mənbə:Report