Siyasət
Cəlilabad rayonunun keçmiş icra başçısının həbs müddəti uzadılıb
Bakı/26.07.21 Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Namiq Zeynalovun həbs müddəti daha 3 ay uzadılıb.
Zeynalov ötən ilin dekabrında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaq, vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.
2019-cu ilin sonlarından Azərbaycanda ölkənin ən azı 7 rayonunun rəhbəri analoji ittihamlarla həbs edilib.-03D-