2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Daha bir uşaq qızılcadan vəfat edib

Sabirabadda 1 yaşlı uşaq qızılca xəstəliyindən həyatını itirib. 

Toplum TV xəbər verir ki, bu barədə noyabrın 30-da TƏBİB məlumat yayıb. 

Bildirilir ki, 2022-ci il təvəllüdlü azyaşlı noyabrın 30-da saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub.

Saytların yığılması Saytlarin yigilmasi

“Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı dekabrın 1-də saat 00:15 radələrində vəfat edib”, – məlumatda qeyd olunub. 

TƏBİB-in məlumatına görə, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Amma valideynlər digər peyvəndlərdən imtina ərizəsi yazıblar. 

Bundan əvvəl, noyabrın 30-da Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbdə 10 yaşlı şagirdin qızılca xəstəliyindən vəfat etdiyi bildirilmişdi. Ümudünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button