2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Daha yeddi separatçının ilkin həbs müddəti 4 ay  uzadılıb

Məhkəmənin qərarı ilə Qarabağda ləğv edilmiş separatçı rejimin yeddi keçmiş rəhbərinin və digər yüksək vəzifəli nümayəndəsinin ilkin həbs müddəti 4 ay uzadılıb.

19-20 sentyabr 2023-cü il tarixlərində anti-terror əməliyyatları başa çatdıqdan sonra Qarabağda separatçı rejimin üç keçmiş rəhbəri – Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan, “parlamentin spikeri” David İşxanyan, keçmiş “xarici işlər naziri” David Babayan, keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan və “ordu komandirinin müavini” Davit Manukyan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onlara qarşı müharibə başlatma, terrorçuluq, hərbi əməliyyatlar zamanı humanitar hüququ pozma, qəsdən adam öldürmə, qanunsuz silahlı birləşmələr yaratma və s. ittihamlar irəli sürülüb.

Buna qədər antiterror əməliyyatından sonra saxlanılmış separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyanın da həbs müddəti 4 ay uzadılıb.

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button