Gündəm
Demokratik Qüvvələrin Milli Şurası aprelin 21-nə mitinq təyin edib
![](https://www.az24saat.org/wp-content/uploads/2024/04/NJdcoX2Ll2qgkTxd2gy3SJcKHVe9DVjkzplb2NPg-1600-900-fit.webp-780x470.webp)
Demokratik Qüvvələrin Milli Şurası demokratik parlament seçkilərinin keçirilməsi, siyasi məhbusların azad edilməsi, korrupsiyaya qarşı mübarizə, sosial və iqtisadi problemlərin həlli tələbilə aprelin 21-nə mitinq təyin edib. Bu barədə Milli Şuranın sədri, professor Cəmil Həsənli bildirib.
Aksiyanın aprelin 21-də saat 15:00-da müxalifətin təklif etdiyi yerlərdən birində – 28 may metro stansiyasının qarşısındakı meydan, Nərimanov metro stansiyasının qarşısı və “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulur.
Aprelin 15-də Milli Şura aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.
Aksiyaya icazə verilməsə, vəziyyətə uyğun qərar qəbul ediləcək, Cəmil Həsənli deyib.