2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Devid Kemeronu Gubad İbadoğluna qarşı işin tamamilə bağlanmasına yardımçı olmağa çağırıblar

Böyük Britaniyanın 50-dən çox beynəlxalq təşkilatının və aparıcı universitetinin professorları  Britaniya hökümətindən doktor Qubad İbadoğlunun işi üzrə səylərini artırmağa çağırırlar.

Dünyada, eləcə də Böyük Britaniyada fəaliyyət göstərən  50-dək beynəlxalq təşkilat və Oxford, Kembric,  Exeter, Sussex, Nottingham, Lancaster, Nyu Castle, Dublin  universitetlərinin professorları hazırda ev məhbusluğunda olan tanınmış azərbaycanlı antikorrupsiya fəalı və London İqtisadiyyat Məktəbinin baş elmi işçisi, doktor  Qubad İbadoğlu  ilə əlaqədar  Böyük Britaniya hökumətinin təcili tədbirlər görməsini tələb etmək üçün xarici işlər naziri Devid Kemerona   məktub göndəriblər.  Məktubda qeyd olunur ki,  22 aprel 2024-cü ildə ev dustaqlığına buraxılan doktor Qubad İbadoğlunun səhhəti  həbsindən bəri ciddi şəkildə pisləşib və çox güman ki, əməliyyata ehtiyacı olacaq, amma o hələ də ölkədən çıxış qadağası altındadır.

“Hazırda Qubad İbadoğluna  qarşı ittihamlar qüvvəsindədir. Böyük Britaniya Azərbaycanda ən  böyük xarici investorlardan biri kimi   sabitliyi, insan hüquqlarına hörməti və hesabatlılığı təşviq etmək üçün unikal mövqedədir. Lakin Böyük Britaniya doktor İbadoğlunun işi ilə bağlı hələ də problemin həlli üçün ciddi addımlar atmır. 

Saytların yığılması Saytlarin yigilmasi

Odur ki, birincisi, xarici işlər naziri  olaraq sizi doktor İbadoğlunun ailəsi ilə tez bir zamanda görüşməyə, onun işini daha ətraflı müzakirə etmək, onun  dərhal azad edilməsini, müstəqil tibbi müalicəyə çıxışının olmasını  təmin etmək üçün Böyük Britaniyanın ən yaxşı şəkildə necə dəstək göstərə biləcəyini qiymətləndirməyə çağırırıq.

İkincisi, biz sizi  Azərbaycan hökuməti ən yüksək səviyyədə məsul şəxslərinin cavabdehliyini artırmaq üçün bütün müvafiq tədbirləri nəzərdən keçirməyə çağırırıq.

Nəhayət, Bakıda keçiriləcək COP 29-u   birbaşa əlaqə qurmaq üçün strateji imkan kimi qiymətləndirməyə,  Böyük Britaniya və onun müttəfiqlərini  insan hüquqları məsələsində,  korrupsiya ilə mübarizədə və  siyasi müxalifətlə  rəftarda səylərini artırmağa çağırırıq”, müraciətdə deyilir.

23 iyul 2023-cü il tarixində Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), habelə 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə 3 ay, 26 gün müddətinə həbs edib.

ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri də daxil olmaqla, bir sıra ölkələr və beynəlxalq təşkilatlar İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınıb.

22 aprel 2024-cü ildə məhkəmə Qubad İbadoğlunun ev dustaqlığına buraxılması barədə müdafiə tərəfinin vəsatətini təmin edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button