2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

DİN-nin vəkilinə hücumla bağlı araşdırmalar nə yerdədir?

Bu ilin iyulunda Beynəlxalq avtovağzalın ərazisində “Ford Focus” markalı 10 XJ 218 dövlət nömrə nişanlı avtomobilin yanında dayanan iki kişi “Hummer” markalı avtomobili saxlayaraq sürücüdən yardım istəyiblər. Qeyd edək ki, “Hummer”in sahibi məşhur vəkil Əlirza Həbilov olub. O, maşını saxlayan kimi kişilər qapını sındırmağa cəhd ediblər. Onlar Həbilova fiziki təzyiq göstərərək ondan pul tələb ediblər. Zərərçəkmiş quldurlardan yaxa qurtara bilib.
Cinayətin detalları barədə mediaya danışan vəkil bildirib ki, soyğunçular öz maşınlarını yolun sağ tərəfindəki T-şəkilli yol kəsişməsində, müşahidə kameralarının olmadığı yerdə saxlayıblar. Həmin vaxt vəkil Sumqayıtdan Apellyasiya Məhkəməsindən qayıdırmış. “Ceyranbatan” su anbarının yaxınlığında ağır yol-nəqliyyat hadisəsinin şahidi olub.
“Avtovağzaldan “Sədərək” ticarət mərkəzi istiqamətində bildiyiniz kimi, yeni yol haçalanır. Onlar orada pusqu qurmuşdular. Əvvəla qeyd edim ki, mən qayıdanda Lexus markalı maşınla yük maşınının toqquşduğunu gördüm. Bu səbəbdən 20 yanvar istiqamətində böyük tıxac yaranmışdı. Avtovağzalın yanında mən dolayı yolla getmək qərarına gəldim və kifayət qədər boş olan yeni yoldan istifadə etdim. Elə təzəcə təpədən enmişdim ki, 20 metr irəlidə yolun kənarında dayanmış maşını gördüm. Maşının yük yeri, eləcə də bütün yan qapıları açıq idi. Mən sonra başa düşdüm ki, bu, maşının markasını və dövlət nömrə nişanını gizlətmək məqsədilə edilib” — deyə Əlirza Həbilov bildirib.
Həbilovun sözlərinə görə, sükanın arxasında sürücü oturub, onun yanında isə saqqallı kişi dayanıb. Onlar “Hummer”i görən kmi saqqallı yolu bağlayıb. Həbilov yavaş sürətlə gedirmiş və yolda kişini görən kimi əyləci basıb. Amma mühərriki söndürməyib. Vəkil bir qədər şüşəni aşağı endirib və əli ilə kişiyə işarə edib ki, onu eşitməyə hazırdır. Saqqallı kişi isə maşına sol tərəfdən deyil, sağ tərəfdən yaxınlaşıb. O, maşının qapısına əl ataraq onu açmağa cəhd edib.
“Bu məni şübhələndirdi. Mən sağ qapının şüşəsini bir qədər endirdim ki, o, əlini keçirə bilsin. “Sən bizə pul verməlisən” — deyə o, bildirdi. Mən soruşdum ki, “niyə?” “Sən bilmirsən niyə? İndi bilərsən!” — deyə kişi kobud cavab verib. Onda mən ona dedim ki, maşının baqajını bağlasa, ona pul verəcəm” — Həbilov deyib.

Vəkilin təklifi cinayətkarı özündən çıxarıb: “Sən nə danışırsan? Mən niyə baqajı bağlamalıyam?!” Bu vaxt sürücü qışqırıb: “Nədi, vermək istəmir?!” Elə bu sözlərlə sürücü dərhal “Hummer”ə sarı hoppanıb və onlar ikisi də güc işlətməklə maşının qapısını dartaraq açmağa çalışıblar.
“Əgər başqa maşın olsaydı, onlar qapını qırardılar. Mən sakitcə hərəkət etməyə başladım. Amma sürəti artıra bilmədim, çünki saqqallı ayağını ayaqaltıya qoymuşdu. Əgər ona nəsə olsaydı, mən cavab verməli olacaqdım. Bununla belə mən ehmalca maşını sürməyə başladım ki, onların maşınlarının nömrəsini qabaqdan görüm. 30 metr getmişdim ki, quldurlar ayaqla zərbə vuraraq qapını açdılar. Mən isə onların əlindən xilas ola bildim. Bir az gedəndən sonra mən dayanaraq onların maşınlarının nömrəsinə baxmaq istədim. Onda cinayətkarlar mən tərəf qaçmağa başladılar. Mən isə qaza basdım” — deyə Həbilov bildirib.
Baş verən hadisədən dərhal sonra vəkil polisə gedib. O, maşını və ona hücum edən şəxsləri təsvir edib. İyulun 20-də Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları operativ əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin iştirakçılarından birini saxlayıb. O, “Ford”un sükanı arxasında oturan, Bakıda kirayənişin kimi yaşayan Salyan rayon sakini, beş uşaq atası, 1968-ci il təvəllüdlüdlü Səmid Babayev olub. Lakin araşdırmaların sonrakı mərhələsin barədə məlumat yoxdur. Cinayətin ikinci iştirakçısının saxlanılıb saxlanılmadığı bəlli deyil.
Məsələ ilə bağlı Əlirza Həbilovun mövqeyini öyrənmək mümkün olmayıb. Həmçinin hüquq-mühafizə orqanlarından hər hansı məlumat almaq cəhdləri baş tutmayıb. Qeyd edək ki, Əlirza Həbilov həm də DİN-nin vəkili kimi tanınır.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button