2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖZƏL

Direktor ifşaedici faktdan niyə qorxur: 2 dəfə işdən çıxarılan “bloger”i niyə işə qaytarmaq istəyir?

11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində qanunsuz ağac qırılmalarını ifşa edən və əvvəllər meşəbəyi işləmiş Məhəmməd Adiyev yenidən yerli ekologiya idarələrinin rəhbər şəxsləri ilə anlaşıb. 2 dəfə, həm meşəbəyi, həm də fəhlə kimi 11 saylı Regional MTM-dən Əmək Məcəlləsinin 70 c bəndi ilə işdən çıxarılan Məhəmməd Adiyevin bu dəfə məhkəmə yolu ilə işə qayıtması planlaşdırılır. Belə ki, 11 saylı Regional MTM-nin direktoru Nəsimi Nəsibov Məhəmməd Adiyevin çəkdiyi meşə qırıntılarının qarşısını almaq üçün ona məhkəmə vasitəsi ilə işə qaytaracağını vəd verib.

Bu barədə cumhuriyyet.az-a daxil olan məlumatlara görə, direktorun Məhəmməd Adiyevin işə qaytarması planı mərkəzdə işçilərin ciddi narazılığına səbəb olub. Çünki Nəsimi Nəsibovu meşələrdə həyata keçirdiyi qanunsuz qırıntılara görə şantaj edən Məhəmməd Adiyev meşəbəyi işlədiyi dövrdə ciddi qanunsuzluğa yol veribmiş. Belə ki, Məhəmməd Adıyev 11 saylı Regional MTM-nin MTM-nin 1 saylı meşəbəyliyinin mebəyisi işlədiyi dövrdə 200 hektara yaxın dövriyyədə olan əkinləri baxımsızlığdan batırmış, meşələri kütləvi qırdırıb. 2022-ci ildə təhvil-qəbul zamanı Məhəmməd Adıyevin meşəbəyliyində kütləvi qırıntı olduğu üçün 17 min manat cərimə olunmuş və Əmək Məcəlləsinin 70 c maddəsi ilə işdən çıxarılmış və barəsində tərtib olunan sənədlər hüquqi mühafizə orqanlarına göndərilmişdir. Həmçinin, qanunsuz olaraq Nəsimi Nəsibov tərəfindən fəhlə kimi işə qaytarılan Məhəmməd Adiyev işə çıxmamış və yenidən meşəbəyi olmaq üçün məqamını gözləmişdi. Amma bu alınmadıqda meşələrdəki qanunsuz qırıntıları ifşa edən videolar çəkib yaymaqla Nəsimi Nəsibovu ifşa etmişdir. Nəsimi Nəsibov da məcbur qalıb onu yenidən 70 c maddəsi ilə işdən çıxartsa da, Məhəmməd Adiyev video-çəkilişləri davam etdirmişdi. İşçilər bildirir ki, Məhəmməd Afiyevin əlində Nəsimi Nəsibovu həbsə aparacaq video və audio faktlar olduğu üçün sonuncu geri addım atmalı olub.

Cumhuriyyet.az-a daxil olan məlumatlarda bildirilir ki, Məhəmməd Adiyev Nəsimi Nəsibov tərəfindən Masallı Rayon Məhkəməsinin hakimi Habil Bəhmənova tapşırıldığını və iddia ərizəsinin təmin olunacağını yaxın ətrafına deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Nəsimi Nəsibovla Məhəmməd Adiyev arasında bu dəfə vasitəçiliyi mərkəzdə müavin işləyən Əlipaşa Əhədovun etdiyi də yayılan məlumatlar sırasındadır.

İşçilər bildirir ki, Nəsimi Nəsibov qarşı tərəf olaraq 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzindən məhkəməyə heç kimi və heç bir sənədi göndərmək niyyətində deyil. Bu isə onu göstərir ki, Nəsimi Nəsibov vəd etdiyi kimi Məhəmməd Adiyevi yenidən işə qaytarmaq məcburiyyətində qalıb. Görünür, Nəsimi Nəsibov Məhəmməd Adiyevin əlində olan ifşa edici faktlardan çox çəkinir…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button