2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Dolları bundan sonra da bahalaşacaq”

“FES tərəfindən uçot dərəcəsinin azaldılacağına dair yayılan bəyanatlar inandırıcı deyil”.

24.saat.org  xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Millət vəkili dünya bazarında neftin qiyməti ilə bağlı siyasətin də məhz yanvarın 20-dən, yəni ABŞ-ın yeni prezidentinin andiçmə mərasimindən sonra dəqiqləşəcəyini deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Tramp hakimiyyətə gəldikdən sonra onun verəcəyi siyasi, iqtisadi qərarlar dünya ölkələrinə təsirsiz ötüşməyəcək. FES-in uçot dərəcəsini azaldacağına dair yayılan bəyanatlar inandırıcı deyil.

İkincisi, qarşıda dolların ucuzlaşacağı ilə bağlı səslənən fikirlər də dəqiq deyil. ABŞ dolları bundan sonra da bahalaşacaq. Hətta FES-in növbəti dəfə uçot dərəcəsini artırması gözləniləndir. Hazırda ən ciddi məsələlərdən biri Trampın neft hasilatı və ixracın artırılması ilə bağlı verdiyi bəyanatdır. Əgər bu proses baş tutarsa, neft ixrac edən ölkələrdə müəyyən problemlər qaçılmaz olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button