Loading...
Loading...
Texnologiya

Donald Trump-ın TRUTH Social adlı sosial şəbəkəsi istifadəyə verilib

Əvvəlcədən də gözlənildiyi kimi ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın komandası Truth Social adlı sosial şəbəkəni istifadəyə verib. Sözügedən sosial şəbəkənin tətbiqi Apple şirkətinin App Store platformasında amerikalı istifadəçilər üçün istifadəyə verilib. Qeyd etmək lazımdır ki, Donald Trump öz sosial şəbəkəsini istifadəyə verəcəyini ilk dəfə keçən il elan etmişdi. Beləliklə istifadəyə verilmiş Truth Social adlı sosial şəbəkə öz dizaynı baxımından Twitter-i xatırladır. Donald Trump vaxtı ikən aktiv şəkildə Twitter-dən istifadə edirdi. Lakin 2021-ci ilin əvvəlində Twitter onun hesabını həmişəlik blokladı. Twitter-də paylaşımlara tweet deyilir. Truth Social-da isə paylaşımlara truths deyilir. Sözügedən sosial şəbəkədə istifadəçilər bəyəndikləri paylaşımları öz dostları ilə bölüşə və onlara rəy bildirə bilərlər.

 

Yeni sosial şəbəkədən istifadə etmək istəyənlər isə platformanın veb saytında qeydiyyatdan keçməli olacaqlar. Bunu etmək üçün platformanın veb saytında istifadəçi öz adını və elektron poçt ünvanını qeyd etməli olacaq. Lakin bəzi istifadəçilər qeydiyyatdan sonra sosial şəbəkəyə daxil ola bilməyiblər. Digərləri isə bildiriblər ki, saytda qeydiyyatdan keçmək istəyən zaman sayt yenidən işə düşür və qeydiyyatdan keçmək istəyən şəxslərə növbədə gözləməyi məsləhət görür. Görünür, bu cür problemlər sosial şəbəkədə müşahidə olunan yüksək aktivlik səbəbilə yaranıblar. Belə ki, ABŞ-ın keçmiş prezidenti Donald Trump amerikalılar arasında hələ də böyük məşhurluğa sahibdir. Qeyd etmək lazımdır ki, Truth Social sosial şəbəkəsinin hazırlanmasında Trump Media and Technology Group şirkəti iştirak edib.

24 saat” “Donald Trump-ın Truth Social adlı sosial şəbəkəsi istifadəyə verilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Youtube ilə daha sərt rəqabət?: TikTok 10 dəqiqəlik videoları dəstəkləməyə başlayıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button