2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dövlət Departamenti amerikalılara Rusiya getməməyi tövsiyə edir

Çərşənbə axşamı amerikalıların yeni həbsləri haqqında məlumatlardan sonra Dövlət Departamenti ABŞ vətəndaşlarına israrla Rusiyaya getməməyi tövsiyə edib.

Amerika vətəndaşları Rusiyaya getməməlidirlər, bu barədə çərşənbə axşamı keçirilən brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Turan-ın suallarına cavabda bildirib. “Bu, təhlükəlidir, həbs edilmək və ya sağlamlığınıza və rifahınıza qarşı digər təhdidlərə məruz qalmaq riskiniz var”, deyə o bildirib.

Öz növbəsində, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, Rusiyada iki ABŞ vətəndaşı, o cümlədən həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Amerika KİV-ləri saxlanılan amerikalılardan birini – ABŞ ordusunun serjantı Qordon Bleki tanıyıb. Onun mayın 2-də ABŞ hökumətinin razılığı olmadan Vladivostoka gedən kimi orada oğurluq ittihamı ilə həbs edildiyi bildirilir. 

35 yaşlı Blek Cənubi Koreyada Xamfris düşərgəsində idi, keçən ay isə xidmət yerini dəyişdirməzdən əvvəl məzuniyyət götürüb. Lakin Texasa getmək yerinə, o, Cənubi Koreyadan “şəxsi səbəblərlə” Vladivostoka gedib.

Blekin anası jurnalistlərə bildirib ki, oğlu sevgilisini görmək üçün Rusiyaya gedib. 

Miller Turan-ın sualına cavabda bildirib ki, hər dəfə xaricdə ABŞ vətəndaşı saxlanıldıqda konsulluq əməkdaşları hər cür zəruri yardımı göstərməyə çalışırlar və “bu halda da bunu edirik”.

Dünən Rusiya hakimiyyəti Uilyam Rassel Nikam adlı amerikalının 10 gün əvvəl saxlanıldığını və “kiçik xuliqanlıq” ittihamı ilə Moskvada həbsdə olduğunu açıqlayıb.

Sonuncu həbslər iki ölkə arasında münasibətlərdə gərginliyin artması fonunda baş verib. Kreml həbs olunan şəxslərin qanunu pozduğunu iddia edir. ABŞ isə iddia edir ki, amerikalılardan siyasi təsir vasitəsi kimi istifadə etmək istəyirlər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button