2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

DuckDuckGo brauzerinin istifadəçi məlumatlarını Microsoft-a ötürdüyü məlum olub

    DuckDuckGo Privacy Browser adlı brauzerin mobil versiyalarının istifadəçi məlumatlarını Microsoft şirkətinə ötürdüyü və onun trekerlərini bloklamadığı məlum olub. Qeyd etmək lazımdır ki, sözügedən brauzer istifadəçilərin konfidensiallıqlarına yüksək dərəcədə önəm verən təhlükəsiz və qorunan məhsul kimi bilinir. Brauzerin istifadəçi məlumatlarını Microsoft-a ötürməsi halını informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən tədqiqatçı Zach Edwards aşkar edib. DuckDuckGo brauzeri eyniadlı axtarış sisteminin tərtibatçıları tərəfindən yaradılıb.

Saytların yığılması Saytlarin yigilmasi

    Tərtibatçılar bu brauzeri istifadəçi məlumatlarını yığmayan konfidensial məhsul kimi qələmə verirlər. “Tracker Radar funksiyası DuckDuckGo brauzerindən istifadə zamanı veb saytlarda olan kənar gizli trekerləri bloklayır. Nəticədə həmin trekerlərin sahibləri olan şirkətlər sizin məlumatlarınızı yığa və üçüncü tərəflərə sata bilmirlər” – deyə brauzerin iOS versiyasının təsvirində qeyd edilib. Əslində isə məlum olub ki, sözügedən brauzer Microsoft-un bing.comlinkedin.com domenləri ilə bağlı olan bəzi trekerlərini bloklamır. Bununla belə brauzer Google Facebook-un trekerlərini bloklamağa davam edir.

    Zach Edwards öz Twitter hesabında bu barədə məlumat yerləşdirib və qeyd edib ki, brauzerin konfidensiallıq funksiyası düzgün şəkildə çalışmır. Bu cür məlumat istifadəçilərin diqqətlərini cəlb edib və nəticədə DuckDuckGo-nun təsisçisi olan Gabriel Weinberg bu məsələyə aydınlıq gətirib. O qeyd edib ki, brauzer əslində normal şəkildə çalışır və Microsoft trekerlərinin bloklanmamasının səbəbi ondadır ki, DuckDuckGo-nun bu şirkətlə əməkdaşlıq müqaviləsi mövcuddur. Bu əməkdaşlıq çərçivəsində Microsoft sözügedən brauzerin istifadəçilərinin məlumatlarını yığmaq üçün DuckDuckGo-ya ödəniş edir.

24 saat” “DuckDuckGo brauzerinin istifadəçi məlumatlarını Microsoft-a ötürdüyü məlum olub” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button