Gündəm
Dünya çempionumuz cəbhədə – Foto
Prezidentin fərmanı ilə “Vətən uğrunda” medalı ilə mükafatlandırılan, Kikboks üzrə 15 qat Azərbaycan çempionu, 19 qat dünya çempionu, 6-qat Avropa çempionu, dəfələrlə peşəkar turnirlərin qalibi Eduard Məmmədov əsgərlərimizə dəstək olmaq üçün cəbhə bölgəsində olub.
Aznews.az xəbər verir ki, idmançımız bu barədə sosial şəbəkədə şəkil paylaşıb. O, ön cəbhədə döyüşən əsgərlərimizlə görüşüb və onlara dəstəyini bildirib.